Bu gün:

Ən uzunömürlü uşaqların doğulduğu aylar açıqlanıb


Uzun illər aparılan araşdırmalar nəticəsində uşaqların doğulduğu ayın onların uzunömürlülüyünə təsir etdiyi üzə çıxanda bir çox alimlər təəccüblənib.Millipost.com-da yer alan xəbərə görə, uzun illərdir davam edən araşdırmalar insan ömrünün yalnız genetik və həyat tərzi faktorları ilə məhdudlaşmadığını, hətta doğum ayının belə təəccüblü təsir göstərə biləcəyini ortaya çıxarıb. Bir çox elm adamını heyrətə salan bu tapıntılara görə, müəyyən ayda doğulan uşaqların digərlərindən daha uzun və sağlam ömür sürmə ehtimalı daha yüksəkdir! Ən sağlam uşaqların doğulduğu ay budur.

İnsan ömrü amillərin mürəkkəb qarşılıqlı təsiri ilə müəyyən edilir. Yaşadığımız müddətdə genetik irsimiz, qidalanmamız, ətraf mühitimiz və stress səviyyələrimiz də daxil olmaqla bir çox faktor rol oynayır. Lakin son araşdırmalar tənliyə gözlənilməz bir dəyişən əlavə edir: bizim doğum ayımız.

Araşdırmalara görə, may və noyabr aylarında doğulan uşaqların ömrünün digər aylara nisbətən daha uzun olduğu müəyyən edilib. Bu aylarda doğulan uşaqların sağlam həyat sürmə ehtimalının daha yüksək olduğu müəyyən edilib. Bundan əlavə, bu aylarda doğulan uşaqların ümumiyyətlə sağlamlıq problemlərinin daha az olduğu müşahidə edilib. Bu tapıntılar uşaqların doğulduğu ayların sağlamlığına və uzunömürlülüyünə təsirini araşdıran alimlərin diqqətini çəkib. Araşdırmanın nəticələri göstərir ki, valideynlər övladlarının doğulduğu ayları nəzərə alaraq sağlam həyat üçün lazımi tədbirləri görə bilərlər.

Mənbə: Artıgercek

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et