Bu gün:

Meri Selest: Dənizdə tərk edilmiş gəminin sirri


1872-ci ilin dekabr ayının 4-də 100 fut uzunluğunda bir brigantin gəmi Şimali Atlantik okeanında heç kəs olmadan süzülüb

Göyərtədə bir nəfər belə görünməyib. Heç bir mübarizə izi, gəmidə zədələnmə müşahidə olunmayıb.

“Meri Selest” adlı bu xəyal gəmisində nə baş verdiyi 130 ildən çoxdur ki, dünyanı çaşdırıb və düşündürüb.

Mükafat almış jurnalist Brayan Hiks bu məşhur dəniz sirrini yeni kitabında araşdırıb və nəhayət, bu müəmmalı hadisənin gerçək həqiqətini üzə çıxarıb.

Meri Selest 1861-ci ilin yazında Fandi körfəzində suya buraxıldığı gündən etibarən sanki lənətlənib. İlk kapitanı gəminin ilk səfərini başa vurmadan vəfat edib. Londonda təsadüfən bir ingilis brigantini ilə toqquşub və onu batırıb. Daha sonra isə Keyp Breton sahillərində fırtına nəticəsində atılıb.

Buna baxmayaraq, gəmi sonradan xilas edilib, təmir olunub və 1872-ci ilin payızında təcrübəli, amma istəksiz kapitan Bençamin Spuner Briqsin rəhbərliyinə verilib. Məhz Briqs gəmini tarixə salan o taleyin səfərinə çıxarıb.

Brayan Hiks bu hadisəni peşəkarcasına araşdırıb və Meri Selestin hekayəsini dənizdə itən insanların simvolu kimi təqdim edib. O, ekipajın yoxa çıxmasından əvvəlki hadisələri canlandırıb, daha sonra isə baş verən qarışıq və qəribə nəticələri – gəmini tapan zabitlərə qarşı yaranmış şübhələri, Cəbəllütariqdəki gülünc məhkəmə prosesini və yazıçı Artur Konan Doylun bu hadisə əsasında yazdığı hekayədən sonra yayılan vəhşi mifləri təqdim edib.

Bu sirri izah etmək üçün vudu lənətindən tutmuş yadplanetlilər tərəfindən oğurlanma nəzəriyyələrinə qədər bir çox fərziyyələr irəli sürülüb. Ancaq Brayan Hiks sübut edib ki, bu sirrin əsasında sadəcə insan səhvləri və bədbəxt təsadüflər dayanıb.

Meri Selestin hekayəsi 2001-ci ildə daha bir maraqlı dönüş alıb — yazıçı Klayv Kasslerin maliyyələşdirdiyi dalğıclar qrupu gəminin qalıqlarını Haiti sahillərindəki mərcan rifində aşkar edib.

Triller üslubunda yazılıb, canlı və dəqiq tarixi üslubla təqdim olunub. “Xəyal Gəmi” adlı bu kitab tarixdəki ən məşhur və sirli dəniz hadisələrindən birinin unudulmaz gerçək hekayəsini danışıb.

Mənbə: Amazon.com

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et