Bu gün:

688 il əvvəl öldürülən keşişin ölüm səbəbi bilinib


Elm adamları 1336-cı ildə baş vermiş keşiş Con Fordun qətlinin təfərrüatlarını arxiv sənədlərindən müəyyən ediblər. O, küçədə boğazı kəsilərək öldürülüb.

İndi isə sübut olunub ki, bu qətl təsadüfi olmayıb. Bu əslində, bir il sonra, yəni 1337-ci ildə Kenterberi arxiyepiskopu tərəfindən tövbə etməyə məcbur edilən bir zadəgan qadın tərəfindən təşkil edilmiş qisas planı olub.

Məlumata görə, Con Ford təkcə keşiş deyil, həm də kilsələrin qarətində iştirak edən və gizli məlumatları yoldaşlarına ötürən bir qəsbçi olub. Qadın isə onun şəriklərindən biri olub. Lakin keşiş sonradan onu həm əməkdaşlıqdan uzaqlaşdırıb, həm də kilsə yolu ilə qınayıb. Bu alçaldıcı davranış isə qadının qisas almasına səbəb olub.

Orta əsr Britaniyasının qanlı və sirli tarixindən biri də belə üzə çıxıb.

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev 

Paylaş
Şərh əlavə et