Bu gün:

“Azərbaycanda hüquq dili çətindir”


24Media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi hüquqşünas Mehman Muradlıdır. O, hüquqla bağlı sualımızı cavablayıb.

-Azərbaycanda hüquq dilinin çətin olduğu deyilir. Siz necə dəyərləndirirsiniz?

Həqiqətən, Azərbaycanda hüquq dili çox qəlizdir. Bu, əsasən, mülki hüquq sahəsində daha çox özünü biruzə verir. Hüquq dili lakonik və anlaşıqlı olmalıdır. Lakin bizdə bunun əksidir. Müstəqillik qazandığımızdan sonra yazılan qanunvericilik aktları tərcümə məhsuludur. Tərcüməni də tərcüməçilər “nə qədər çox söz, o qədər çox pul” prinsipi ilə işləyiblər. Bəzən də məcəllədə maddələr arasında təzadlı fikirlər olur ki, bu da işin ədalətli həllinə maneə olur. Bundan həm məhkəmələr həm də vəkillər əziyyət çəkir. Zərbə isə vətəndaşa dəyir. Konstitusiyamızı çıxmaq şərti ilə digər qanunvericilik aktlarımız bərbaddır. Konstitusiyamız hazırlanarkən ona rəhbərliyi dahi Heydər Əliyev rəhbərlik edirdi. Bu baxımdan Konstitusiyamız mükəmməl hazırlanmışdır.

Fərahim Rzazədə

Paylaş
Şərh əlavə et