Bu gün:

Geyim rənginin insanın əhval-ruhiyyəsinə təsiri



Rəng psixologiyası üzrə mütəxəssis Mişel Lyuis geyim rənginin insanın əhval-ruhiyyəsinə təsirini təsvir edib.

Mütəxəssis bildirib ki, qırmızı tonlar əsas psixoloji bədən rəngi olduğuna görə, bütün gün ərzində yorğunluğu aradan qaldırır, oyanmağa, diqqətimizi saxlamağa, hətta ürək döyüntülərimizi artırmağa kömək edə bilir. Məşqlər üçün bu rəngdə idman forması geyinilməsini məsləhət görüb.

Lyuis qeyd edib ki, narıncı sakitləşdirir, sarı çalarları ruhlandırır və insanı daha xoşbəxt etməyə kömək edir. Mavi isə ürək döyüntüsünü aşağı salmaqla rahatlamağa kömək edir:

“Bu, insanların sizə daha çox etibar etməsinə səbəb ola biləcək inanılmaz rəngdir, ona görə də işə geyinmək üçün mükəmməldir”, - deyə o qeyd edib.

Lyuisin fikrincə, çəhrayı paltarlar qadınlığı vurğulayır, bənövşəyi rənglər isə insanlar arasında əlaqə yaratmağa kömək edir. 2023-cü ilin əsas rəngi isə bənövşəyinin alt tonlarına aid olam al-qırmızı Viva Magenta insanı daha cəsarətli hiss etdirməyə meyllidir.

Mənbə: Lenta.ru 

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et