Bu gün:

ABŞ və Çin arasında ticarət buzları əriyirmi?


ABŞ və Çin arasında ticarət danışıqları başlayır. Tramp Çinə tətbiq edilən yüksək tariflərin azaldıla biləcəyinə işarə edib. Ekspertlərin fikrincə, bu proses uzun çəkə bilər.

Prezident Donald Tramp, mallara tətbiq edilən yüksək dərəcələr gömrük vergilərin azaldıla biləcəyinə işarə etdi. Bu həftə sonu iki ölkə arasında bəyanat veriləcək görüşlərdən əvvəl gəldi.

Tramp 145 faizə yüksəlmiş tariflərə toxunaraq, "Daha da qalxmayacaq, ona görə də azalacağını bilirik" deye bildirib.

İsveçrədə kritik görüş

ABŞ-nın maliyyə naziri Skott Bessent və Çin Baş nazirinin müavini He Lifeng İsveçrədə görüşəcək. Ekspertlərin fikrincə, bu görüş tərəflərin ticarət müharibəsini yumşaltmaq istəyinin ən bariz göstəricisidir.

Çin Xarici İşlər Nazirinin müavini Hua Chunying də görüşdən əvvəl açıqlama verərək, "ABŞ ilə ticarət məsələlərini idarə etməkdə tam güvənirik" dedi.

Mütəxəssislər xəbərdarlıq edir: Bu, asan olmayacaq

Avrasiya Qrupundan Dan Vanq deyib: “Hər iki tərəfdən gələn siqnallar qarşılıqlı güzəştlərlə detente dövrünün ola biləcəyini göstərir”. Lakin ekspertlər əsas problemlərin dərhal həll edilə bilməyəcəyi ilə razılaşırlar.

ABŞ-ın keçmiş ticarət müzakirəçisi Stiven Olson bu danışıqların mümkün nəticələri haqqında, ixtisarların "kiçik miqyaslı" olacağını söylədi. O, son qərarda liderlərin birbaşa iştirakının həlledici olacağını diqqətə çatdırıb.

Çinin aprel ayı ixrac məlumatlarına görə, ABŞ-a ixrac ötən illə müqayisədə 20 faizdən çox azalıb. Bununla belə, ümumi ixrac 8,1 faiz artaraq gözləntiləri üstələyib.

İlk müqaviləni İngiltərə etdi

Danışıqlardan cəmi iki gün əvvəl İngiltərə Tramp administrasiyası ilə rüsumlarla bağlı razılığa gələn ilk ölkə oldu. ABŞ Britaniyanın bəzi avtomobilləri və metal məhsullarına tətbiq edilən rüsumları qaldırmağa razılaşıb.

Mənbə: TRT haber

Tərcümə: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et