Bu gün:

Amazon Çilidə 4 milyard dollarlıq yeni AWS infrastruktur regionu yaradacaq


ABŞ-nin texnologiya nəhəngi Amazon, Çilidə yeni bir Amazon Web Services (AWS) infrastruktur regionu yaratmaq məqsədilə 4 milyard dollardan çox sərmayə yatıracaq. Layihənin 2026-cı ilin sonuna qədər tamamlanacağı bildirilir.

Şirkət tərəfindən verilən açıqlamaya əsasən, bu sərmayə Çilidə üç mövcudluq zonası – yəni bir-birindən ayrılmış məlumat mərkəzləri qruplarının yaradılmasına yönəldiləcək. Amazon həmçinin yeni regionun fəaliyyətini təmin etmək üçün yerli işçi qüvvəsinin işə cəlb olunmasını və inkişaf etdirilməsini planlaşdırır.

Hazırda AWS-nin Çilidə bir sıra iri müştəriləri var. Bunlara LATAM Airlines, Agrosuper və Andrés Bello Milli Universiteti daxildir.

Qeyd edək ki, bu, Amazon-un Çilidə AWS infrastrukturu və xidmətlərinə etdiyi ilk sərmayə deyil. Şirkət daha öncə də ölkədə texnoloji xidmətlərini genişləndirmək üçün müxtəlif təşəbbüslərlə çıxış edib.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et