Maska taxmış, Fələstini dəstəkləyən etirazçılar Kolumbiya Universitetinin əsas kitabxanasının bir hissəsini ələ keçiriblər və universitet rəhbərliyi yardım üçün Nyu York polisinə müraciət edib.
Universitetin prezidenti Klaire Şipman çərşənbə günü etirazçıların Butler Kitabxanasına zorla daxil olduğunu və bu zaman iki universitet mühafizəçisinin yaralandığını bildirib. O, bu hadisəni qeyri-adi bir vəziyyət kimi qiymətləndirib.
O bildirib ki, etirazçıların əksəriyyəti tələbə deyil və kitabxanada qalanlar oranı tərk etmək üçün şəxsiyyət vəsiqələrini göstərməyə məcbur ediliblər.
Sosial mediada yayılan videoda etirazçıların kitabxanaya daxil olduqları, bir çoxunun hicab və maska taxdığı, həmçinin Tramp administrasiyasının tətbiq etdiyi qadağaya qarşı çıxdıqları görünür.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
