Bu gün:

Nazir Uraloğlu "Rəqəmsal platformaların məsuliyyətlərini artırmağı hədəfləyirik"


Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu TikTok-un Türkiyə və Levant Regional prezidenti Fatih Kafadarı qəbul edib. 

Uraloğlu açıqlamasında "Rəqəmsal platformaların məsuliyyətlərini artırmağı hədəfləyirik",-deyib. O, iclası dəyərləndirərkən, "Gənclərimizin rəqəmsal dünyada daha təhlükəsiz, şüurlu və məhsuldar şəkildə iştirakını təmin etmək üçün platformaların məsuliyyətlərini və əməkdaşlıq sahələrini, xüsusilə sosial mediada yaş məhdudiyyətlərini hərtərəfli müzakirə etdik",- deyə qeyd edib. Onun istifadəsi həm böyük imkanlar, həm də ciddi risklər daşıdığını diqqətə çatdırıb. 16 yaşdan kiçiklər üçün sosial media tənzimlənməsində Uraloğlu gənclərə ən çox təsir edən risklər arasında kiber zorakılıq, onlayn təcavüz və uyğunsuz məzmuna məruz qalmanın olduğunu diqqətə çəkib və bunları qeyd edib:

“Bu, hamımızın ciddi qəbul etməli olduğu bir məsələdir və AKP Hökumətlər olaraq uşaqlarımızın və gənclərimizin rəqəmsal mediada təhlükəsizliyini təmin etmək bizim əsas prioritetlərimizdən biridir. Uşaqlarımızı və gənclərimizi rəqəmsal dünyanın risklərindən qorumaq və onlara şüurlu rəqəmsal vətəndaş kimi dəstək olmaq üçün işimizi əzmlə davam etdiririk”. Uraloğlu xatırladıb ki, Sosial Xidmətlər Nazirliyinin rəsmiləri ilə xüsusilə 16 yaşdan kiçik gənclərin sosial mediadan istifadəsi ilə bağlı qaydalarla bağlı geniş məsləhətləşmələr aparıblar. Sosial media istifadəsində yaş məhdudiyyəti ilə bağlı mərhələli tənzimləmə üzərində çalışdıqlarını ifadə edən nazir "13 yaşa qədər uşaqlar və 13-16 yaş qrupu üçün ayrı qaydalar planlaşdırırıq. Bu araşdırmalarla zərərli məzmuna qarşı daha güclü bir mühit yaratmağı hədəfləyir, platformaların məsuliyyətlərini artırmağa çalışırıq".


Mənbə:TRT HABER

Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et