Bu gün:

Cənubi Kaliforniyada dənizdə itən 8 miqrant sağ tapılıb


ABŞ rəsmiləri bildiriblər ki, Kaliforniya sahillərində batdığı deyilən qayığın səkkiz miqrantı sağ tapılıb. Hadisədə eyni hindistanlı ailədən iki uşaq da daxil olmaqla dörd nəfər ölüb.

ABŞ-ın San Dieqodakı prokurorluğunun məlumatına görə, ABŞ Sərhəd Patrul agentləri səkkiz miqrantı daxili tranzit məntəqəsində tapıblar. Bazar ertəsi səhər kiçik qayıq aşdığı zaman qrup Del Mar çimərliyindən sahilə çıxaraq üç maşınla oraya aparılıb.

İtkin düşən doqquzuncu miqrant, Hindistandan olan 10 yaşlı qızın taleyi məlum deyil və onun dənizdə öldüyü ehtimal edilir, federal prokurorlar bildiriblər.

Təcili yardım qrupları panqa tipli qayığın çevrilməsindən az sonra onun 14 yaşlı qardaşının, eləcə də boğulan digər iki nəfərin cəsədini çıxarıb. Uşaqların valideynləri də daxil olmaqla daha dörd nəfər sörfdən xilas edilərək xəstəxanalara aparılıb. Prokurorlar atanın komada olduğunu bildiriblər.

İddia edilən üç avtomobil sürücüsü - 33 yaşlı Melissa Jennelle Cota, 32 yaşlı Qustavo Lara və 31 yaşlı Sergio Rojas-Fregoso - hamısı qeyri-qanuni əcnəbilərin daşınmasında ittiham olunub və bu, maksimum 10 il həbs cəzası nəzərdə tutub. 

ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem verdiyi açıqlamada Ədliyyə Nazirliyindən qayığı idarə etməkdə təqsirləndirilən iki nəfərə qarşı ölüm cəzası tələb edəcəyini bildirib.

Mənbə: Reuters 
Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et