Almaniyada yeni kanslerin seçilməsi üçün Bundestaqda səsvermə keçirilib. İlk turda baş nazir seçilmək üçün lazım olan 316 səsi ala bilməyən Fridrix Merz ikinci turda bu rəqəmə çatıb və Almaniyanın 10-cu Baş naziri olub.

Bundestaqda keçirilən səsvermənin ikinci turunda Xristian Demokratik Birlik (CDU) partiyasının lideri Fridrix Merz kansler seçilib.
Bundestaqın sədri Julia Klöcknerin sədrliyi ilə keçirilən plenar iclasda keçirilən gizli səsvermədə Merz səsvermənin ikinci turunda iştirak edən 618 deputatdan 325-nin səsini toplayıb.
Səsvermədə 289 deputat “xeyr”, 1 deputat bitərəf qalıb, 3 deputat isə etibarsız hesab edilib.
Beləliklə, Merz İkinci Dünya Müharibəsindən sonrakı dövrdə Almaniyanın 10-cu Baş naziri oldu.
Merz bu gün keçirilən səsvermənin ilk turunda 310 deputatın dəstəyini alsa da, baş nazir seçilmək üçün lazım olan 316 səsdən az qalıb.
Merzin həyat yoldaşı Şarlotta Merz və qızları Konstans və Karola tribunadan səsverməni izləyiblər. Keçmiş prezident Angela Merkel səsvermənin birinci turunda tribunalarda olsa da, ikinci tura keçə bilməyib.
Bundestaq tərəfindən baş nazir seçilən Merz prezident Frank-Valter Ştaynmayerdən təyinat sənədini almaq üçün Bellevue Sarayına gedəcək, daha sonra and içmək üçün Bundestaqa qayıdacaq.
Merz parlamentdə and içdikdən sonra kabinetinin yeni üzvləri ilə birlikdə Bellevue sarayına gedəcək. Yeni nazirlər təyinat sənədlərini burada prezident Ştaynmayerdən alacaqlar. Daha sonra nazirlər parlamentə qayıdacaq və and içdikdən sonra rəsmi olaraq vəzifələrinə başlayacaqlar.
Xristian Birlik partiyaları (CDU/CSU) və Sosial Demokrat Partiyası (SPD) fevralın 23-də keçirilən növbədənkənar ümumi seçkidən 45 gün sonra, aprelin 9-da hökumət qurmaq üçün koalisiya protokolu üzərində razılığa gəliblər.
Daha sonra CDU, CSU və SPD müvafiq şuralarda koalisiya protokolunu təsdiqlədi və dünən sözügedən partiyaların liderləri tərəfindən koalisiya protokolu imzalandı.
Mənbə:Cnn türk
Tərcümə etdi:Çimnaz Həmzəliyeva
