Prezident Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalı ilə görüşəcək. Bu barədə səfərlə bağlı Kommunikasiyalar Direktoru Fahrettin Altun məlumat verib.

Altun sosial media hesabından paylaşım edərək prezident Ərdoğanın saat 18:00-da MHP sədri Dövlət Baxçalıya baş çəkəcəyini bildirib. O bildirib ki, səfər Dövlət Baxçalının Ankaradakı iqamətgahında baş tutacaq.
Görüşdə; Regional və qlobal hadisələrin, aktual siyasi məsələlərin müzakirəsi gözlənilir. İki lider sonuncu dəfə yanvarın 9-da üz-üzə gəlib.
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova
