HƏMAS-ın yüksək rütbəli rəsmisi bildirib ki, İsrail Fələstin ərazilərinin qeyri-müəyyən müddətə ələ keçirilməsini əhatə edə biləcək genişləndirilmiş hücumu təsdiqlədikdən sonra Qəzzada yeni atəşkəs və girovların azad edilməsi razılaşması üzrə növbəti danışıqların heç bir mənası yoxdur.
Bassem Naim deyib ki, İsrail aclıq müharibəsini davam etdirərkən silahlı qruplaşma yeni təkliflərlə məşğul olmayacaq.
Bazar ertəsi İsrail ordusu genişmiqyaslı əməliyyatın məqsədinin HƏMAS-ın əlində olan girovların qaytarılması və onun "həlledici məğlubiyyəti" olduğunu bildirib.
İsrail rəsmiləri bildiriblər ki, bu, Qəzzanı ələ keçirməyiəhalisinin əksəriyyətini köçürməyi və BMT-nin ciddi ərzaq qıtlığına səbəb olduğunu bildirdiyi iki aylıq blokadadan sonra yardıma nəzarəti ələ keçirməyi əhatə edəcək.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
