Prezident Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı, xüsusilə, Trampın TruthSocial-dakı paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Tramp-Ərdoğan görüşünün “yaxşı və məhsuldar” olduğunu bildirən “Times of Israel” iki liderin bir-birini ziyarət edəcəyinə söz verdiklərini qeyd edib və bunları qeyd edib:
"Tramp və Ərdoğan arasındakı güclü əlaqələr Qəzza müharibəsi və Suriyada Əhməd Şəra rejiminin son yüksəlişi ilə bağlı Türkiyə ilə fikir ayrılıqlarını nəzərə alsaq, İsrail üçün problem yaradır".
“Ərdoğan Trampa “müharibələri bitirməyə yanaşmasına” görə təşəkkür etsə də, bu bəyanatda Ukrayna, Qəzza və İranla danışıqlar da yer alıb”.
“NATO üzvü Türkiyə hər iki Qara dəniz qonşusu ilə yaxşı münasibətlər saxlamağa çalışır və Rusiyanın müharibəyə son qoymaq məqsədi ilə işğalından sonra iki dəfə danışıqlara ev sahibliyi edib”.
Türkiyə lideri Trampa deyib ki, müharibədən zərər çəkmiş Qəzza zolağına humanitar yardım “fasiləsiz” çatdırılmalıdır. Ərdoğan İsrailin Qəzzada HƏMAS-a qarşı apardığı müharibəyə qarşı ən sərt çıxış edən xarici liderlərdən biri olub”.
Ukraynanın aparıcı yayım şirkəti UATV-nin internet saytında “Tramp Ərdoğanla danışarkən Rusiya-Ukrayna müharibəsini bitirmək üçün ondan kömək istədi” başlığını verib və əlavə edib:
“ ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla “son dərəcə yaxşı və konstruktiv” görüş keçirdiyini , görüşdə Rusiya-Ukrayna müharibəsi, Suriya və Qəzzadakı vəziyyət və digər məsələləri müzakirə etdiklərini açıqlayıb.
Ərdoğanla "gözəl münasibətini" vurğulayan Tramp, Rusiya və Ukrayna arasında irrasional, lakin ölümcül müharibəyə son qoymaq üçün prezident Ərdoğanla işləməyi gözlədiyini söyləyib. Bu söhbətdən əvvəl Tramp ötən həftə sonu Ukrayna ilə Rusiya arasında atəşkəs razılaşmasının mümkün olmaya biləcəyini qeyd edib.
Ərdoğan və Tramp arasında telefon danışığında “Türkiyə ABŞ-ın müharibələri sona çatdırmaq planını dəstəkləyir” başlıqlı məqalə ilə çıxış edən Yunanıstanda fəaliyyət göstərən “Para Politika” bunlara diqqət çəkib:
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampla telefon danışığı keçirib. Türkiyə Cumhurbaşkanlığından verilən açıqlamaya görə, Ərdoğan ABŞ-ın müharibələrə son qoymağa yanaşmasını dəstəklədiyini bildirib. Ərdoğan həmçinin İranla danışıqlar prosesini təqdir etdiyini bildirib və Donald Trampa Türkiyəyə səfər etmək üçün rəsmi dəvət göndərib. Bəyanatda həmçinin qeyd olunub ki, Ankara və Vaşinqton arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində addımlar atılacaq. “Rusiya və Ukrayna arasında mənasız, lakin ölümcül müharibəyə son qoymaq üçün prezident Ərdoğanla əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm”.
Mənbə: Milliyet
Tərcümə etdi: Mina Yadigarlı
