Bu gün:

Kennedi işində yeni iz




Li Harvi Osvaldı öldürən Cek Rubi haqqında maraqlı bir fakt üzə çıxıb: məlum olub ki, Con Kennedinin qətlindən bir gün əvvəl Rubi həmkarı Cim Bradenlə birlikdə Kennedinin açıq rəqibi olan oliqarx Haroldson Hantın ofisinə baş çəkib. Cek Rubi həmin ofisdə üç saat vaxt keçirib. Ertəsi gün isə Rubi və Braden Kennedinin qətlini izləyiblər. Maraqlıdır ki, Kennedinin öldürülməsindən cəmi bir neçə dəqiqə sonra Cim Braden “şübhəli görünüşü” səbəbilə saxlanılıb. Lakin sonradan sərbəst buraxılıb və bir daha araşdırmaya cəlb edilməyib.


Beləliklə, mafiyayla əlaqələri olan iki şəxs Kennedinin qətlindən bir gün əvvəl onun rəqibinin ofisinə gedir, ertəsi gün isə qətlin baş verdiyi yerdə olur; onlardan biri dərhal saxlanılır, digəri isə sonradan Li Harvi Osvaldı öldürür. Əlbəttə, bütün bunlar sadəcə təsadüf ola bilər. Lakin maraqlısı odur ki, bu təsadüf heç vaxt ciddi şəkildə araşdırılmayıb.


Mənbə: Another History
Tərcümə: Səid Quliyev


Paylaş
Şərh əlavə et