ABŞ-nın Səudiyyə Ərəbistanına 3,5 milyard dollarlıq raket satışına ilkin razılıq verdiyi qeyd olunur.
İlk təsdiq edilmiş satış çərçivəsində ABŞ Səudiyyə Ərəbistanına 1000 ədəd AIM-120C-8 qabaqcıl orta mənzilli hava-hava raketləri, istiqamətləndirici bölmələr və texniki dəstək veriləcək.
Raketlər ABŞ-nın Arizona ştatında yerləşən RTX korporasiyası tərəfindən istehsal olunacaq.
3,5 milyar dollar satışın başa çatdırılması üçün ABŞ Konqresindən icazə tələb olunur.
ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyi (DSCA) açıqlamasında bildirib ki, bu satış Körfəz regionunda siyasi sabitliyə və iqtisadi tərəqqiyə töhfə verən tərəfdaş ölkənin təhlükəsizliyini artıracaq.Xarici siyasət məqsədlərə və milli təhlükəsizlik hədəflərinə də dəstək olacağı vurğulanıb.
Səudiyyə ƏrəbistanıKral Hərbi Hava Qüvvələri ABŞ-dan sonra dünyada ikinci ən böyük F-15 donanmasına malikdir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Mina Yadigarlı
