Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsində indiyədək nüvə silahına ehtiyac olmadığını deyib, gələcəkdə də belə bir zərurətin yaranmayacağına ümid etdiyini bildirib. Dövlət televiziyasına müsahibəsində o, Rusiyanın müharibəni “məntiqi sonluğa” çatdırmaq üçün kifayət qədər güc və imkana malik olduğunu vurğulayıb.
"Bu (nüvə) silahlardan istifadə etməyə ehtiyac yox idi. Və ümid edirəm ki, onlar lazım olmayacaq. 2022-ci ildə başlananları Rusiyanın tələb etdiyi məntiqi nəticəyə çatdırmaq üçün bizim kifayət qədər gücümüz və imkanlarımız var", - deyə Putin qeyd edib.
Putin 2022-ci ilin fevralında "xüsusi hərbi əməliyyat" adlandırdığı Ukraynaya hərtərəfli işğala başlayıb. Rusiya ordusu uzun müddətdir Ukrayna ərazisinin 20 faizinə nəzarət edir.
İşğal başlayandan bəri Ukraynada nüvə silahından istifadə qorxusu var. Putin əvvəllər dəfələrlə Ukraynı nüvə silahından istifadə edə biləcəkləri ilə hədələsə də, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Uilyam Börns 2022-ci ilin sonunda bunun "əsl risk" olduğu barədə xəbərdarlıq edib. Son həftələrdə ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə müharibəyə son qoymaq üçün Moskva ilə Vaşinqton arasında diplomatik təmaslar həyata keçirilib. İctimai rəyə gəlincə, Kiyev bu prosesdən kənarda qalıb.
Mənbə: CNN Türk
Tərcümə etdi: Səyyarə Mirzeyeva
