İsrail hərbçiləri Qəzzada əməliyyatlarını gücləndirmək və genişləndirmək üçün on minlərlə ehtiyat əsgəri orduya çağırmağa başlayıb.
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzada saxlanılan girovları geri qaytarmaq və Həmas yaraqlılarını məğlub etmək məqsədi ilə təzyiqləri artırdığını bildirib.
Tənqidçilər atəşkəsin pozulmasından sonra son hərbi hücumun əsirlərin azad edilməsinə zəmanət vermədiyini deyir və Baş nazir Benyamin Netanyahunun münaqişədəki məqsədlərini şübhə altına alır.
Plana əsasən, ordu yeni ərazilərdə fəaliyyət göstərərək yerin üstündə və altındakı bütün infrastrukturu məhv edəcəyini bildirib.
İsrail mediası xəbər verir ki, İsrail təhlükəsizlik kabineti Qəzzada yenilənmiş hərbi genişlənməni təsdiqləyib.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
