Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Yəməndə 4,8 milyon insanın köçkün vəziyyətinə düşdüyünü və ailələrin təhlükəsizliyini təmin etmək üçün təcili dəstəyə ehtiyac olduğunu bildirib.

UNHCR Yəməndəki vəziyyətlə bağlı X səhifəsində bir paylaşım edib. "Yəməndə 4,8 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Bir çoxları bir neçə dəfə qaçmağa məcbur olub", - deyə yazıda bildirilir. Təhlükəsiz sığınacaqlara çatmağın qeyri-mümkün olduğuna və evakuasiya riskinin artdığına diqqət çəkən yazıda yəmənli ailələrin təhlükəsizliyini təmin etmək üçün təcili dəstəyə ehtiyac olduğu vurğulanıb.
Mənbə:TRT HABER
Tərcümə etdi:Fidan Fərhad
