Husilər Yəməndən İsrailə bir neçə raket atıblar. İşğalçı İsrail qüvvələrinin verdiyi açıqlamaya görə, bu hücum zamanı ölkənin bir çox bölgəsində sirenlər səslənib. Məlumata görə, raket hücumlarından biri Tel-Əvivdəki Ben Qurion hava limanına düşüb. Partlayışların hava limanı ərazisində dağıntılara səbəb olduğu bildirilir.

Hökumət rəsmiləri xalqı təhlükəsiz ərazilərə yönəltmək üçün sığınacaqlardan istifadə etməyi təşviq ediblər. Partlayışların xüsusilə Təl-Əviv və Qüds kimi əhalinin sıx məskunlaşdığı ərazilərdə narahatlıq doğurduğu bildirilir.
Hücumun arxasında Yəmənin Husi qruplaşmasının olduğu güman edilir, lakin qrup hələ də rəsmi açıqlama verməyib. Xüsusilə ABŞ-ın husiləri hədəfə aldığı son təhdidlərlə bölgədəki gərginlik daha da artıb.
Mənbə:A Haber
Tərcümə etdi: Aysel Mirzəyeva
