Bu gün:

Şahzadə Harri kral ailəsi ilə barışmaq istəyir


Sasseks hersoqu və İngiltərə kralı III Çarlzın kiçik oğlu Şahzadə Harri Böyük Britaniyada ona verilən təhlükəsizlik protokolları ilə bağlı məhkəmədə uduzduqdan sonra BBC-yə susqunluğunu pozub.

Şahzadə Harri BBC-yə verdiyi emosional müsahibədə kral ailəsi ilə "barışmaq istədiyini" bildirib.

Harri atası Kral III Çarlzın təhlükəsizlik məsələsi ilə bağlı mübahisəyə görə "onunla danışmadığını" və artıq münaqişə istəmədiyini deyib. O, həmçinin “atasının nə qədər yaşayacağını bilmədiyini” vurğulayıb.

Qeyd edək ki, ötən il 76 yaşlı Kral Çarlzın xərçəng xəstəliyindən müalicə aldığı rəsmi şəkildə açıqlanıb.

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl 2020-ci ilin yanvarında kral ailəsindəki rəsmi vəzifələrindən istefa veriblər.

Mənbə: BBC News

Tərcümə etdi: Səyyarə Mirzəyeva



Paylaş
Şərh əlavə et