ABŞ prezidenti Donald Tramp süni intellektlə yaradılmış Papa şəklini yayımladıqdan sonra bəzi katoliklərin tənqidinə tuş gəlib.

Ağ Evin rəsmi sosial media hesabları tərəfindən paylaşılan şəkil katoliklərin aprelin 21-də vəfat edən Papa Fransiskin yas tutması və növbəti pontifi seçməyə hazırlaşdığı bir vaxta təsadüf edir.
Nyu York Ştat Katolik Konfransı Trampı inancı ələ salmaqda ittiham edib. Bu yazı onun jurnalistlərə "Mən Papa olmaq istərdim" zarafatından bir neçə gün sonraya təsadüf edir.
Vatikanın sözçüsü Matteo Bruni şənbə günü jurnalistlərlə keçirdiyi brifinqdə Trampın vəzifəsi ilə bağlı sualları cavablandırmaqdan imtina edib. Vatikan çərşənbə günü Fransisin varisini seçmək üçün konklav təşkil etməyə hazırlaşır.
Cümə gecəsi Trampın yerləşdirdiyi görüntüdə onun ənənəvi olaraq bir yepiskop tərəfindən geyilən ağ cübbə və sivri uclu mitre geyindiyi əks olunub. O, boynuna böyük bir xaç taxır və təntənəli üz ifadəsi ilə barmağını yuxarı qaldırır.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
