Bu gün:

Kreml Ukraynanın cavabını qeyri-müəyyən adlandırıb


Kreml şənbə günü bildirib ki, Rusiya prezidenti Vladimir Putin gələn həftə üçün üç günlük atəşkəs təklifinə Ukraynadan qəti cavab istəyib. Reaksiyanı isə indiyə qədər birmənalı olmayan və tarixən yanlış olaraq tənqid edib.

Putin bazar ertəsi Sovet İttifaqı və müttəfiqlərinin İkinci Dünya Müharibəsində nasist Almaniyası üzərində qələbəsinin 80-ci ildönümünü qeyd etmək üçün üç günlük atəşkəs elan edib.

Kreml bildirib ki, 72 saatlıq atəşkəs müddətində mayın 8, 9-da Putin Moskvanın Qırmızı Meydanında beynəlxalq liderləri, o cümlədən Çin sədri Xi Jinping-i qəbul edəcək, mayın isə 10-da qüvvəyə minəcək.

Ukrayna prezidenti Vladimir Zelenski isə əvvəllər belə qısa atəşkəsi istisna etmiş kimi görünürdü, lakin o, yalnız ən azı 30 gün davam edəcək atəşkəsə imza atmağa hazır olduğunu söyləyib.

Mənbə: Reuters

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et