Başlığı səhv oxumadınız. NASA mütəxəssisləri bildirirlər ki, bu ulduz dağıdıcı təsirə malikdir və hətta insanları parçalaya biləcək gücə sahibdir. NASA "Zombi ulduzu" adlandırılan bu səma cismini radarına daxil edib. Kainatın naməlum bir hissəsindən gələn bu ulduz qalaktikada saatda 117 min kilometrdən çox sürətlə hərəkət edir.

NASA-nın müşahidə etdiyi "Zombi ulduzu" potensial dağıdıcı səma cismi kimi xarakterizə olunur. Bu ulduz hazırda məlum olan 30 magnetardan biridir. Magnetarlar tamamilə ölü ulduzların neytronlarından ibarət qalıq ulduzlardır.
Bu magnetarın diametri 20 kilometr təşkil edir. Onun maqnit sahəsi Yer atmosferinin maqnit sahəsindən təxminən 1 trilyon dəfə daha güclüdür. Zombi ulduzu Hubble Kosmik Teleskopu vasitəsilə aşkar edilib.
Kəşf edən qrupdan açıqlama: "Bu ulduz elmi-fantastik filmlərdə məşhur olan ölüm şüasına çevrilə bilər”.
Hubble missiyası komandası Zombi ulduzuna dair rəsmi açıqlama yayıb. Bildirilib ki, bu ulduz kainatın naməlum bölgəsindən gəlib və onun kəşfi kainat haqqında məlum olan biliklərə yeni işıq sala bilər. Galaktik anlayışımızı tamamilə dəyişdirə biləcək bu Zombi ulduzu barədə belə deyilir:
"Bu qaçqın magnetar Samanyolu qalaktikamızda əvvəlki təxminlərə uyğun olaraq supernova partlayışı nəticəsində yaranmayan bir magnetar üçün ən real namizəddir. O qədər qəribədir ki, sürətli radio partlayışları adlanan hadisələrin arxasında duran mexanizmlə bağlı ipucları təqdim edə bilər. Əgər bir insan bu magnetara 600 mil (təxminən 1000 kilometr) məsafəyə qədər yaxınlaşsa ulduz bədənin hər bir atomunu parçalaya bilən elmi-fantastik filmlərdəki ölüm şüasına çevrilə bilər”.
Kəşf komandası rəhbəri Eşli Krayms bildirib ki, magnetarların maqnit sahəsi Yerdəki ən güclü maqnitlərdən belə milyardlarla dəfə güclüdür. Barselonadakı Kosmik Elmlər İnstitutundan Nanda Rea isə qeyd edib:
"Magnetarların yaranma tezliyi və formalaşma ssenariləri yüksək enerjili astrofizikanın ən mühüm və hələ cavablandırılmayan suallarından biridir. Bu cür ulduzlar qamma-şüa partlayışları, son dərəcə parlaq supernovalar və sürətli radio partlayışları kimi kainatın ən güclü hadisələrinin bir çoxunda rol oynayır”.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
