Bu gün:

Vyetnam müharibəsi və Kennedinin reallaşmayan sülh arzusu nədir?


Bir vyetnamlı fermer B-52 Stratofortress bombardmançı təyyarəsinin qalıqları arasında işlədiyi zaman sosial şəbəkədə Con Kennedinin Vyetnam münaqişəsini bitirmək və ABŞ qoşunlarını bölgədən çıxarmaq planı müzakirə olunub. 

Deyilənə görə, o, 1964-cü ildə Sovet İttifaqı ilə bir sülh sammiti təşkil etməyi də planlaşdırırmış.

Lakin Kennedinin sui-qəsd nəticəsində öldürülməsindən sonra onun varisi Lindon Conson hər iki təşəbbüsdən imtina edərək Vyetnamda müharibəni davam etdirib və SSRİ ilə nəzərdə tutulan sammiti ləğv edib. Bir çox insan bu hadisələrin sadə təsadüf olmadığını düşünür.

Bundan başqa, Con Kennedinin ölümündən sonra üzərində aparılan tibbi ekspertizada iştirak edən fotoqraf hökumət tərəfindən yayılan şəkillərin onların çəkdiyi şəkillər olmadığını bildirib.

Fotoqraf Floyd Ribe isə açıqlamasında deyib ki, ona "doğru yer"dən zəng edilib və bu məsələ haqqında danışmasa yaxşı olacağı, əks halda onu "bir həbsxana həyatının" gözlədiyi ilə hədələyiblər.

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev 



Paylaş
Şərh əlavə et