Bu gün:

Tramp birbaşa Putinə müraciət edib: “Vladimir, dayan!”...


ABŞ prezidenti Donald Tramp sosial media hesabından paylaşım edərək Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hücumlarını tənqid edib. Hücumların “lazımsız” olduğunu və “çox pis vaxtda” baş verdiyini ifadə edən Tramp, hər həftə 5 min əsgərin həyatını itirdiyini vurğulayaraq, sülh razılaşmasına çağırıb.

ABD Başkanı Donald Trump, sosyal medya hesabından yaptığı açıklamada Rusya’nın Ukrayna’nın başkenti Kiev’e yönelik son saldırılarını eleştirdi.

Kiyevə hücumlardan narahat olduğunu bildirən Tramp birbaşa Rusiya prezidenti Vladimir Putinə müraciət edərək deyib:

"Vladimir, dur! Bir həftədə 5 min əsgər ölür. Sülh müqaviləsi bağlayaq!"

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun ölkəsinə raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi intensiv hücumlara görə Cənubi Afrika Respublikasına səfərini yarımçıq qoyacağını açıqlayıb. Zelenski Telegram hesabında verdiyi açıqlamada Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə intensiv raket və İHA hücumları həyata keçirdiyini bildirib. Hücumlar nəticəsində paytaxt Kiyevdə 9 nəfərin həyatını itirdiyini bildirən Zelenski, ölkə daxilində 80-dən çox insanın yaralandığını qeyd edib.

Mənbə:Cnn türk

Tərcümə etdi:Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et