Ötən il dünyada ən çox kitab oxunan ölkələr sırasında ABŞ və Hindistan ön sıralarda yer alarkən, ən az kitab oxunan ölkə isə Əfqanıstan olub.
World Population Review və CEO World Magazin'nin məlumatlarına əsasən, 2024-cü ildə ən çox kitab oxunan ölkələr siyahısında ABŞ və Hindistan ilk yerləri tutublar.
ABŞ-da adambaşına orta hesabla ildə 357 saat kitab oxunur ki, bu da təxminən ildə 17 kitaba bərabərdir. Siyahının sonuncusu olan Əfqanıstanda isə bu rəqəm ildə təxminən 3 kitaba bərabər olub.
İkinci sırada yer alan Hindistanda adambaşına ildə orta hesabla 16 kitab oxunur və kitaba ayrılan illik vaxt 352 saatdır. Üçüncü yerdə qərarlaşan Böyük Britaniyada isə bu göstərici 343 saatdır.
ABŞ, Hindistan və Böyük Britaniyadan sonra isə Fransa və İtaliya ən çox kitab oxunan ölkələr arasında yer alıb.
Bu sıralamanı Kanada, Rusiya, Avstraliya, İspaniya, Hollandiya və İsveçrə izləyib. Ən az kitab oxunan ölkələr arasında Əfqanıstan, Bruney, Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri yer alıb.
Ən çox hansı kitablar oxunur?
Bütün dövrlərin ən çox oxunan kitabları sırasında Qurani-Kərim və İncil başda gəlir.
21-ci əsrin ən çox səs gətirən kitabları arasında JK Rowlingin yazdığı "Harri Potter" seriyası və JRR Tolkienin müəllifi olduğu "Üzüklərin Hökmdarı" dünyada ən çox oxunan əsərlər sırasındadır.
Dünya ədəbiyyatının şah əsərləri sırasında Migel de Servantesin "Don Kixot" romanı, Çarlz Dikkensin yazdığı "İki şəhərin hekayəsi", Antuan de Sent-Ekzüperinin "Balaca Şahzadə" əsəri, Viktor Hüqonun "Səfillər"i və Fyodor Dostoyevskinin "Cinayət və Cəza" əsəri göstərilir.
Çin Xalq Respublikasının qurucu lideri Mao Zedunun çıxışlarından toplanmış “Sədr Maodan Seçilmiş Sözlər” də populyar kitablar arasında yer alır.
Mənbə: Ntv
Tərcümə etdi: Zeynəb Həsənova
