Bu gün:

İlanlar qulaq dəliyi olmayan canlılardır


İlanların xarici qulaq dəlikləri yoxdur, yəni insanlar kimi eşitmək qabiliyyətinə sahib deyillər. Buna baxmayaraq, bu canlılar tamamilə kar da hesab edilmirlər. Elmi araşdırmalar göstərir ki, ilanlar yer titrəyişlərini, havadakı aşağı tezlikli səsləri və ətraf mühitin vibrasiyalarını xüsusi bir üsulla hiss edə bilirlər. Onların çənə sümükləri yerə toxunduqda yaranan titrəyişləri qəbul edir və bu siqnallar beyinlərinə ötürülür. Bu mexanizm sayəsində ilanlar yaxınlıqdakı bir canlının hərəkətini hiss edə və təhlükəni əvvəlcədən sezə bilirlər.

Avstraliyada aparılan bir tədqiqatda sübut olunub ki, bəzi ilan növləri, hətta havada yayılan aşağı tezlikli səslərə də reaksiya verirlər. Bu onların təkcə yer titrəyişlərini deyil, səs dalğalarını da müəyyən səviyyədə qəbul edə bildiyini göstərir. İlanların bu qeyri-adi duyma qabiliyyəti onların ovlanmasına, istiqamət tapmasına və təhlükədən qorunmasına yardım edir. Bioloqlar bu xüsusiyyətin ilanların təbiətdəki yaşama bacarıqlarını daha da gücləndirdiyini qeyd ediblər.

Mənbə: Today.com

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et