Bu gün:

İnstaqramın ilk fotosu bir itə aiddir


Bu gün milyardlarla istifadəçisi olan Instagramın sosial şəbəkəsində paylaşılan ilk foto düşündüyünüzdən çox fərqlidir. Selfi, yemək fotosu və ya məşhur bir mənzərə yerinə, bu ilk paylaşım sadə bir küçə itinin şəklidir. Foto 2010-cu ilin 16 iyul tarixində platformanın qurucularından biri olan Kevin Systrom tərəfindən çəkilib. Şəkildə bir it, arxa planda isə Kevin Systromun sevgilisinin ayaqları görünür. Bu an Meksikada bir tacos restoranında qeydə alınıb.

İnstaqramın o dövrdəki adı “Codename” və tətbiq hələ sınaq mərhələsində idi. Bu foto tətbiqə yüklənən ilk şəkil olaraq platformanın tarixində xüsusi yer tutur. Sonradan tətbiqin adı dəyişdirilərək “Instagram” oldu və həmin foto da platformanın rəsmi olaraq ilk paylaşımı kimi tarixə düşdü.

Hazırda Instagram-da hər gün milyonlarla foto paylaşılır və platforma müxtəlif məqsədlərlə – şəxsi, biznes və ictimai fəaliyyətlər üçün geniş istifadə olunur. Amma bu nəhəng sosial şəbəkənin başlanğıc nöqtəsi sadə bir itin şəkli olub. Bu fakt bir daha göstərir ki, böyük ideyaların və uğurların başlanğıcı çox vaxt sadə anlarla başlayır.


Mənbə: Today.com 

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et