Bu gün:

AI ilə mehriban olmağın mənası varmı?


Bir X istifadəçisi OpenAI-nin baş direktoru Sam Altmandan süni intellektə mehriban olmağın enerji istehlakına necə təsir etdiyini soruşdu. Altmanın fikrincə, milyonlarla dollar dəyərində bir xərc var.

Xeyirxahlıq ünsiyyətin açarıdır və bizə çox kömək edə bilər. Təəssüf ki, süni intellektə göstərməyə çalışdığımız xeyirxahlıq çox baha başa gəlir. 

X istifadəçisi insanlar öz dil modellərinə “Zəhmət olmasa ” və ya “Təşəkkür edirəm” dedikdə, elektrik enerjisini artırmaq üçün OpenAI-yə nə qədər başa gəldiyini soruşdu . Altman bunun üçün "on milyonlarla dollar xərcləndiyini" söyləyərək , "Heç vaxt bilmirsən " dedi.

2024-cü ilin sonunda keçirilən sorğuda ABŞ respondentlərinin 67 faizi chatbotlarına qarşı mehriban olduqlarını bildiriblər .

Xeyirxahlıq göstərən süni intellekt istifadəçilərinin 55 faizi bunu düzgün hərəkət olduğuna görə etdiklərini, 12 faizi isə potensial AI üsyanı zamanı alqoritmi sakitləşdirmək üçün etdiklərini söylədi.

Bununla belə, mümkün süni intellekt üsyanı proqnozlarla müqayisədə çox uzaq görünsə də, planetin enerji problemi bu anın mövzusudur və təəssüf ki, hətta tez-tez istifadə olunan “zəhmət olmasa” və “təşəkkür edirəm” sözləri də inanılmaz bir yük yaradır.

Washington Post-un Kaliforniya Universitetinin tədqiqatçıları ilə apardığı araşdırma süni intellektlə 100 sözdən ibarət e-poçtun yaradılmasının təsirlərini araşdırıb. Hesablanıb ki , “yalnız bir e-poçt 0,14 kilovat-saat elektrik enerjisi sərf edir”. Bu, bir saat ərzində 14 LED işığı yandırmağa bərabərdir və hər gün chatbotlara verdiyimiz on minlərlə uzun əmrləri nəzərə alsaq, effekt qorxulu olur.

Çatbotları gücləndirmək üçün istifadə edilən məlumat mərkəzləri artıq dünyanın enerji istehlakının təxminən 2 faizini təşkil edir və süni intellekt gündəlik həyatın hər küncünü işğal etdikcə bu rəqəm artacaq.

Microsoft-un dizayn direktoru Kurtis Beavers kimi bəzi süni intellekt memarları düzgün etiketin “hörmətli, əməkdaşlıq məhsulu əldə etmək üçün işlədiyini” iddia etsələr də, bəlkə də əslində etməli olduğumuz şey həm planet, həm də zehnimizin gələcəyi naminə öz e-poçtlarımızı yazmaqdır.

Mənbə: Diken.com

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et