Bu gün:

Şiddətli vulkan püskürməsi nəticəsində Yunan adası məhv ola bilər?


Santorini sıldırım qayaların zirvəsində yerləşən və milyonlarla dəyərində olan dünyaca məşhur bir turizm mərkəzidir. Lakin bu gözəlliyin altında güclü vulkanik partlayış riski yatır.

Qədim dövrlərdə baş verən nəhəng vulkan püskürməsi, böyük bir krater və at nalı formasında halqa yaradaraq bu xəyalvari Yunan adasının formalaşmasına səbəb olub. İndi isə alimlər ilk dəfə olaraq, növbəti böyük püskürmənin nə dərəcədə təhlükəli ola biləcəyini araşdırmağa başlayıblar.

Bir neçə həftə əvvəl Santorini adasında baş verən bir sıra zəlzələlər səbəbindən, adanın 11.000 sakininin təxminən yarısı təhlükəsizlik məqsədilə adanı tərk etmək məcburiyyətində qalıb. 


Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et