Ay haqqında çoxlarının bilmədiyi maraqlı bir məlumat onun səthində zəlzələlərin baş verməsidir.

NASA-nın “Apollo” missiyası zamanı Ayın səthinə yerləşdirilmiş seysmometrlər göstərib ki, Ayda da müxtəlif növ zəlzələlər qeydə alınır. Bu təkanlardan bəziləri yerin dərin qatlarında, bəziləri isə Günəşin istilik təsiri ilə Ayın səthinə yaxın hissələrdə baş verir.
Bəzən 5.5 bal gücündə baş verən bu “ay zəlzələləri” Ayın səthində hiss olunan silkələnmələrə səbəb ola bilər. Ayda su, hava və plitə hərəkətləri olmadığı üçün bu təkanların əsas səbəbi onun daxili istiliyi və Yer cazibəsinin təsiridir.
Alimlər bildirir ki, bu hadisələr Ayın daxili quruluşunu anlamaqda mühüm rol oynayır və gələcəkdə Ayda yaşayış məntəqələri qurularkən bu amillər nəzərə alınmalıdır.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
