Bu gün:

Dağınıqlığın arxasındakı emosional və psixoloji səbəblər


Dağınıq olmağın da öz səbəbləri ola bilər. Bura dağınıq olanlar və ya ətraflarında çox dağınıq insanlar olanlar gedir. Bu gün biz dağınıqlığın arxasında duran səbəblərə baxırıq, çünki dağınıqlıq təkcə fiziki yorğunluqla bağlı deyil. Bunun arxasında bir çox psixoloji amillər də ola bilər.


. Süründürməçilik və qərar qəbul edə bilməmək

Bəzi insanlar nəyi atacaqlarına və nəyi saxlayacaqlarına qərar verməkdə çətinlik çəkirlər, buna görə də ətraflarında dağınıqlıq yaranır. Xüsusən də “Bir gün işə yarayacaq” düşüncəsi artıq əşyaların yığılmasına və yerin əşyalarla dolmasına səbəb olur. Bir gün işinə yarayacağını düşünən məhsullar uzun müddət istifadə edilmir.


2. Emosional bağlılıq

Köhnə paltarlar, məktublar, hədiyyələr və ya uşaqlıq əşyaları kimi əşyalara sentimental mənalar əlavə etmək onları buraxmağı çətinləşdirir. Keçmişlə əlaqəmizi kəsməmək üçün həmin əşyaları saxlayırıq. Bu, özü ilə çılğın qarışıqlıq və artıq şeylər gətirir.


3. Ətraf mühitə nəzarət edə bilməmək

Həyatın digər sahələrində nəzarəti itirdiklərini hiss edən insanlar ətrafdakı fiziki məkanı da laqeyd edə bilərlər, bu da qarışıqlıq yaradır. Təmizləmə və ya təşkil etmək xüsusilə gərgin stress altında olduğunuz zaman çətin ola bilər.


4. Depressiya

Motivasiyanın olmaması, apatiya və yorğunluq depressiyadan əziyyət çəkən insanlarda çox rast gəlinir. Bu, evin və ya iş sahəsinin səliqəsiz qalmasına səbəb ola bilər. Təmizlik böyük zəhmət tələb etdiyi üçün daima təxirə salınır, qarışıqlığın artmasına səbəb olur.


5. Narahatlıq hissi

Həddindən artıq çox şey və qarışıqlıq bəzi insanlarda şüuraltı təzyiq yarada bilər. Eyni zamanda, “hardan başlayacağını bilməmək” hissi həddən artıq ağır ola bilər. Nəticədə daxili narahatlıq artır və nizamsızlıq davam edir və böyüyür.


6.Məsuliyyətdən imtina

Bəzi insanlar üçün təmizlik və nizam həyatın zəruri və cansıxıcı bir hissəsidir. Bəzi insanlar bu məcburi vəziyyətlərə qarşı duruş gətirərək öz nizamlarını qurmaq istəyirlər. Şüurlu itaətsizlik və bütün məsuliyyətləri rədd etmək istəyi asanlıqla təşkilatsızlığa səbəb ola bilər.


7.Xaos arasında rahat olmaq

Səliqəli mühitdə hər kəs xoşbəxt deyil! Bəzi insanlar xaosda daha yaradıcı və ya sərbəst hiss edirlər. Hər şeyin öz yerində olması onları stresə sala bilər. Buna görə də dağınıqlıq onlar üçün zehni axın mühiti yarada bilər və ətrafı səliqəyə salmaqdansa, olduğu kimi tərk edə bilərlər.



Mənbə: Onedio

Tərcümə etdi: Mina Yadigarlı





Paylaş
Şərh əlavə et