Pop ulduzu Keti Perri kosmosa gedən ilk qadın ekipaj arasında yer alaraq tarix yazıb. “Blue Origin”in altı qadından ibarət heyətlə həyata keçirdiyi NS-31 missiyası uğurla başa çatıb.
Keti Perri pərəstişkarlarını təəccübləndirib
Keti Perri NS-31 missiyasında iştirak edən yeganə tanınmış şəxs olmayıb. Ekipajda həmçinin keçmiş NASA mühəndisləri Aisha Bowe və Amanda Nguyen, jurnalist Geyl King, film prodüseri Kerianne Flynn və Ceff Bezosun nişanlısı Lauren Sanchez də yer alıblar.
Bu tarixi missiya ilk qadın kosmik ekipaj kimi qeydə alınıb. Bu, Valentina Tereshkovanın 1963-cü ildə təkbaşına kosmosa uçuşundan sonra ilk dəfə olub.
Qısa, lakin mənalı kosmos səyahəti
Altı nəfərlik ekipaj “Blue Origin”in “New Shepard” raketi ilə Qərbi Texasdakı buraxılış qurğusundan uğurla kosmosa yollanıb. Təxminən səkkiz dəqiqə davam edən uçuş zamanı ekipaj kosmosun sərhədi sayılan, 100 kilometr hündürlükdə yerləşən Karman xəttini keçib.
Kapsul raketdən ayrılaraq üç böyük paraşütlə təhlükəsiz şəkildə yerə enib. Komanda səyahət boyu qısa bir müddət ərzində sıfır cazibə qüvvəsi yaşayıb və eniş zamanı Ceff Bezos tərəfindən qarşılanıb. Keti Perri kapsuldan çıxan kimi diz çöküb, yerə toxunması isə səyahətin nə qədər mənalı olduğunu simvolik şəkildə göstərən an olmuşdur.
NS-31 missiyasının önəmi
NS-31 missiyası təkcə məşhur adların kosmosa getməsi ilə deyil, həm də qadınların kosmos tarixində iz qoyması baxımından əhəmiyyətli bir dönüş nöqtəsi olub. Bu missiya, gənc qızlara və qadınlara güclü bir mesaj göndərib: "Kosmos artıq yalnız kişi dünyası deyil".
Bu uçuş, “Blue Origin”in həyata keçirdiyi 11-ci insanlı missiya olaraq qeydə alınıb. Missiya zamanı heç bir texniki problem yaşanmayıb və uçuş məlumatları gələcək kosmik səyahətlər üçün təhlil ediləcək.
Tarixi an “Blue Origin”in rəsmi internet saytında və YouTube kanalında canlı yayımlanıb. Beləliklə, milyonlarla insan Keti Perri'nin kosmosa buraxılışının hər saniyəsini izləmə imkanı əldə edib.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
