Bu gün:

ABŞ Təhsil nazirinin səhvi sosial mediada gündəm olub


ABŞ Təhsil naziri Linda McMahon-un süni intellektlə bağlı etdiyi çıxış sosial mediada geniş müzakirələrə səbəb olub. Nazir bu həftə keçirilən ASU+GSV Sammitində iştirak edib və panel müzakirəsi zamanı süni intellekti ifadə edən “Sİ” qısaltmasını dəfələrlə səhvən “A1” kimi səsləndirib.

McMahon-un bu səhvi izləyicilərin diqqətindən yayınmayıb. “A1” ifadəsi, əsasən, məşhur ət sousuna işarə etdiyi üçün istifadəçilər arasında gülüş doğurub və sosial şəbəkələrdə sürətlə yayılıb.

Panelin əvvəlində “Sİ” ifadəsini düzgün səsləndirən McMahon, çıxışın davamında ardıcıllığı pozaraq səhv ifadəni təkrar edib. O, çıxışında deyib: “Çox da uzaq olmayan bir vaxtda məktəblərimizdə internetin olması barədə danışırdıq. İndi isə gəlin A1-ə baxaq və bu bizə necə kömək edə bilər?”

Ekspertlər isə bildirir ki, “Sİ” bu gün o qədər yayılmış bir termindir ki, onun düzgün açılışını unutmaq təəccüblüdür. Sosial mediada bir istifadəçi bu vəziyyəti belə şərh edib: “Bu, elə bil bir idmançı Beysbol Liqasını NFL adlandırır”.

Bəzi şəxslər bunun sadəcə dil sürüşməsi olduğunu qəbul etsələr də, digərləri bu cür səhvin ölkənin Təhsil nazirindən gəlməsinin narahatedici olduğunu vurğulayıblar.

Bu hadisə McMahon-un çıxışının əsas gündəm mövzusuna çevrilməsinə səbəb olub.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et