ABŞ Daxili Təhlükəsizlik Departamenti bildirib ki, minlərlə əfqan və kamerunlunun müvəqqəti deportasiya mühafizəsinə xitam veriləcək.
DHS katibinin köməkçisi Tricia McLaughlin-in verdiyi açıqlamaya görə, Daxili Təhlükəsizlik naziri Kristi Noem Əfqanıstan və Kamerundakı şərtlərin artıq ABŞ-nin müdafiəsinə layiq olmadığını bildirib.
Əvvəllər müvəqqəti qorunan statusu (TPS) almaq hüququna malik olan təxminən 14,600 əfqan indi onu may ayında, təxminən 7,900 Kamerunlu isə iyun ayında itirəcək.
Həmin gün ABŞ hakimi Tramp administrasiyasının Fələstin tərəfdarı etirazlardakı roluna görə keçən ay saxlanılan universitet məzununu deportasiya edə biləcəyinə qərar verib.
(TPS) silahlı münaqişə və ya ekoloji fəlakətlər kimi şərtlərlə üzləşən ölkələrin vətəndaşlarına verilir ki, bu da onların evə qayıtmasını təhlükəli edir.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
