İtalyan moda qrupu Prada Donald Trump-ın tarif müharibələrinin köməyi ilə 200 milyon dollardan çox endirimlə razılaşaraq Versace-nin alışını yekunlaşdırır. Nəticə 6 milyard avrodan çox gəlirə malik olan və Fransanın LVMH və Kering konqlomeratları kimi sənaye nəhəngləri ilə tam rəqabət apara biləcək bir şirkət olacaq.
Prada və Versace-nin sahibi Capri Holdings cümə axşamı təxminən 1,39 milyard dollar dəyərində müqavilə elan etməyə hazırlaşır. İnsayderlər alış qiymətinin təxminən 1,6 milyard dollar səviyyəsində razılaşdırıldığını bildirib. Bununla belə bazar qarışıqlığından və ABŞ-nin tariflərinin Versace-nin işini çətin vəziyyətə saldıqdan sonra son günlərdə yenidən dəyişikliklər baş verib.
"Financial Times"a görə, Capri-nin baş icraçı direktoru Con İdol Prada ailəsi ilə detalları yekunlaşdırmaq üçün Milandadır.
Yeni rəhbərlik brendi canlandırmalı, onu lüks istehlakçıların yeni nəsli üçün daha cəlbedici etməli olacaq.
Mənbə: BBC
Tərcümə etdi: Fatimə Umarbəy
