Oskar mükafatlı aktrisa və “Avengers” ulduzu Skarlett Johansson bu ilki Kann Film Festivalında həm aktrisa, həm də rejissor kimi iştirak edəcək.

O, Wes Anderson-un yeni filmi "The Phoenician Scheme"də Benicio Del Toro və Tom Hanks ilə birlikdə rol alacaq. Bundan əlavə, Johansson rejissorluq etdiyi ilk film olan "Eleanor the Great" ilə də festivalın proqramına daxil olub. Film yaşlı bir qadının ən yaxın dostunun ölümündən sonra yaşadığı hissləri və həyatla necə barışdığını əks etdirir.
Festival təşkilatçıları bu il qadın rejissorların işlərinə daha çox yer verməyə sadiq olduqlarını bildiriblər. Kann Film Festivalının prezidenti İris Knoblox mətbuat konfransında “Qadınların səsini daha da gücləndirdiyimiz üçün qürurluyam”,-deyib.
40 yaşlı Skarlett Johansson “Qara Dul” rolu ilə tanınsa da, bu dəfə öz filmini festivalın ikinci kateqoriyasında təqdim edir. Əsas mükafat uğrunda isə bu il 20 film yarışır və onların altısı qadın rejissorlar tərəfindən çəkilib.
Mənbə:BBC
Tərcümə etdi:Leila Musayeva
