Bu gün:

İnsan ölən zaman beynində nələr baş verir?


Son elmi araşdırmalar göstərir ki, ölüm anında beyində yüksək aktivlik baş verir. Nevroloq Jimo Borjigin və onun komandası ölüm zamanı beyinin neyrokimyəvi dəyişikliklərə uğradığını aşkar edib.

Neyrotransmitterlərdə dəyişikliklər


2013-cü ildə siçanlar üzərində aparılan tədqiqatlarda serotonin səviyyəsinin 60, norepinefrin səviyyəsinin isə 100 dəfə artdığı müşahidə olunub. Bu maddələr ölüm anında beyin fəaliyyətini artıraraq hallüsinasiyalara və emosional reaksiyalara səbəb ola bilər.


Qamma dalğaları və beyinin hiperaktivliyi


2023-cü ildə insanlarla bağlı aparılan tədqiqatda süni nəfəs aparatından ayrılan, komada olan xəstələrin beyinlərində yüksək səviyyədə qamma dalğaları qeydə alınıb. Qamma dalğaları yaddaş, şüurlu qavrayış və düşünmə prosesləri ilə əlaqəlidir.


Ölümə yaxın təcrübələr və elmi izah


Ölümə yaxın təcrübə yaşamış insanlar güclü işıq görmək, keçmiş xatirələri izləmək və bədənlərini kənardan müşahidə etmək kimi hisslərdən bəhs edirlər. Alimlər hesab edirlər ki, bu, beyinin vizual və emosional mərkəzlərinin ölüm anında yüksək aktivləşməsi ilə bağlıdır.


Tədqiqatçılar beyinin oksigen çatışmazlığına qarşı necə reaksiya verdiyini daha dərindən araşdırmağı və bu sahədə yeni kəşflər etməyi planlaşdırırlar.


Mənbə: BBC.news

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et