Bu gün:

Sürətli moda nədir?


24media.az-ın Tərznamə rubrikasının budəfəki müsahibi modelyer-dizayner Könül Quliyevadır. O, sürətli modanın nə olduğu, davamlı moda ilə  müqayisəsi barəsində danışıb.


-Sürətli moda nədir və davamlı moda ilə müqayisədə üstünlükləri, çatışmazlıqları nələrdir?



Sadə dillə desək, sürətli moda modadakı trendlərin sürətli bir şəkildə istehsal olunaraq insanlara və mağazalara çatdırılmasıdır. Sürətli modanın üstünlükləri ondan ibarətdir ki, tez-tez yenilənən kolleksiyaların olması, trendlərə uyğun tərzdə məhsulların istehsal olunub müştərilərə çatdırılması və ucuz qiymətə daha çox məhsul əldə edilməsi insanlar tərəfindən müsbət qiymətləndirilir. Çatışmazlıqlarına gəlsək, əvvəla, təbiətə dəyən ziyandır. Daha sonra ucuz və keyfiyyətsiz məhsulların istehsal zamanı istifadəsi və əmək istismarını da bura daxil edə bilərik.

 

Xədicə Qiyas

Aytən Babaşova

Paylaş
Şərh əlavə et