Bu gün:

Orangutanlar təhlükədədir: Onların yaşayış yerləri azalır


Beynəlxalq Təbiəti və Təbii Sərvətləri Mühafizə İttifaqının (IUCN) məlumatına görə, oranqutanların (Ponqo) nəsli kəsilmək təhlükəsi var. Borneo və Sumatra meşələrində yaşayan bu böyük meymunlar meşələrin qırılması, brakonyerlik və qeyri-qanuni heyvan ticarəti səbəbindən sürətlə yoxa çıxırlar.


Son araşdırmalar göstərir ki, son 50 ildə oranqutan populyasiyası 80% azalıb. Palma yağı istehsalı üçün meşələrin məhv edilməsi oranqutanlar üçün ən böyük təhlükə kimi önə çıxır. Mütəxəssislər vurğulayırlar ki, oranqutanların təbii yaşayış yerlərinin qorunması üçün təcili tədbirlər görülməlidir.


Təbiəti mühafizə təşkilatları oranqutanları qorumaq üçün müxtəlif layihələr həyata keçirir. Reabilitasiya mərkəzlərində nəzarətə alınan yetim oranqutanların təbii mühitlərinə qaytarılması üçün cəhdlər edilir. Bununla belə, bu səylərin uğurlu olması üçün hökumətlərin və dünya ictimaiyyətinin daha çox dəstək verməsi lazım olduğu bildirilir.


Alimlər bildirirlər ki, oranqutanlar təkcə biomüxtəliflik üçün deyil, həm də meşə ekosistemlərinin sağlamlığı üçün mühüm rol oynayır. Ağacların toxumlarını yayaraq meşələrin davamlılığını təmin edən bu canlıların nəsli kəsilməsi ekosistemə geri dönməz təsirlər göstərə bilər.


Orangutanı xilas etmək üçün davamlı əkinçilik təcrübələrinin həyata keçirilməli, qorunan ərazilər genişləndirilməli və qeyri-qanuni ovla daha effektiv mübarizə aparılmalı olduğu vurğulanır. Mütəxəssislər, fərdlərin palma yağı olan məhsulları şüurlu şəkildə istehlak edərək oranqutanların yaşayış yerlərini qorumaq üçün mübarizəyə dəstək verə biləcəklərini bildirirlər.


Mənbə : Evrim ağacı

Tərcümə etdi : Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et