Ev heyvanlarının ekrandakı görüntüyə fokuslanmaları bəzən çox açıq olsa da, bu davranışın arxasında nə dayandığını anlamaq o qədər də asan deyil. Çünki bizimlə eyni dünyanı paylaşsalar da, ekrana bizim baxdığımız kimi baxmırlar. Yəni sevimli dostlarımızın ekran qarşısındakı reaksiyaları düşünüdüyümüzdən daha mürəkkəb ola bilər.

1940-cı illərdə B.F. Skinner göyərçinləri toxunma ekranı vasitəsilə idarə etməyi bacarıb. O vaxtdan bu yana itlər, pişiklər, tutuquşular kimi fərqli heyvan növlərinin ekran qarşısında mütəxəssislər tərəfindən müşahidə edilən davranışları var. Məsələn, Northeastern Universitetindən Rebecca Kleinbergerin araşdırmaları göstərir ki, tutuquşular video görüşmələr aparıb və planşet oyunları oynaya bilər.
Ancaq ekranla əlaqə hər zaman şüurlu şəkildə baş vermir. İnsanlar üçün hazırlanan ekran texnologiyaları heyvanların gözünə bizim gördüyümüz kimi görünməyə bilər. Onlar ekrandakı hərəkətləri dərk edə bilsə də, bu onlara səhnədəki animasiya personajını tanıtmaq mənasına gəlməz. Pişiyin ekrandakı başqa bir pişiyə reaksiya vermiş kimi görünməsi, sadəcə hərəkətlərə və ya gerçək heyvan səslərinə verdiyi bir cavab ola bilər.
Digər tərəfdən, "Severance" kimi seriallardakı incə və qarışıq səs effektlərinin bəzi itlərdə narahatlıq yaratdığı gözlənilib. Hər heyvanın reaksiyası fərqli olsa da, səs və hərəkətin ekranla təsiri onların diqqətini cəlb etməkdə əhəmiyyətli rol oynayır.
Bu sualın elmi cəhətdən dəqiq cavabı hələ tapılmayıb. Ev heyvanlarının ekran izləmə davranışlarının səhiyyə baxımından müsbət və ya mənfi təsirləri ilə bağlı kifayət qədər araşdırma aparılmayıb. Lakin Kleinbergerin fikrincə, ekran qarşısında heyvanların göstərdiyi maraq, çox vaxt sosial əlaqə qurmaq istəyindən və ya sahibinin ekrana fokslandığından irəli gələ bilər.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
