
Bəzən itinizin adını çəkdiyiniz zaman o, həyəcanla qaçaraq gəlir, eyni şeyi pişiyinizə dediyiniz zaman isə cavab olaraq sadəcə göz qırpır. Bu, istər-istəməz sual doğurur: Onlar həqiqətən adlarını bilirlər, yoxsa sadəcə səs tonumuza cavab verirlər? Heyvan sahiblərini narahat edən bu suala indi elmi cavabımız var. Və nəticələr düşündüyünüzdən daha mürəkkəb və maraqlıdır!
İtlər minlərlə ildir insanlarla yanaşı yaşamış və duyğuları, sözləri və hətta adları tanımaqda yüksək inkişaf edib.
Bir araşdırma, itlərin müxtəlif sözləri necə qəbul etdiyini araşdırdı. Tədqiqatçılar itlərə bildikləri əmrləri (məsələn, “otur” və ya “gəl”) dedilər, sonra oxşar, lakin mənasız sözlər işlədiblər (məsələn, “otur” əvəzinə “oturç”) və sonra onlara tamamilə əlaqəsi olmayan səslər deyiblər.
Nəticə? Köpəklər mənalı sözləri tamamilə əlaqəsiz sözlərdən tez bir zamanda ayıra bildilər, lakin bəzən onların bildikləri sözlərə bənzəyən mənasız səsləri həqiqi əmrlər üçün səhv saldıqları müşahidə edildi. Bu, itlərin təkcə səsi deyil, həm də sözün yaddaş ekvivalentini emal edə bildiyini göstərdi.
Bundan əlavə, itlər təkcə sözlərə deyil, həm də səs tonuna və bədən dilinə çox həssasdırlar.
Bu o deməkdir ki, o, təkcə adlarını deyil, həm də sizin səsinizi, intonasiyanızı və emosiyalarınızı tanıyır. Hətta bir çox itlər səsin onlara aid olduğunu öyrəndikləri üçün ləqəblərinə də eyni həyəcanla cavab verirlər.
Pişiklərlə iş bir az daha mürəkkəbdir.

Bəli, pişiklər də onların adlarını tanıyır, amma burada bir şey var: cavab verib-verməmələri tamamilə onlara bağlıdır. Baytarlıq mütəxəssislərinin fikrincə, pişiklər öz adlarını səs tonu və müsbət təcrübələrlə əlaqələndirərək öyrənirlər.
Beləliklə, əgər bir pişik adı ilə birliktə yemək, sevgi və ya oyun oynayırsa, bu sözləri öz adı kimi kodlayır.
Ancaq adını eşitmək adətən gəzinti, baytar ziyarəti və ya hamamla nəticələnirsə, o, adını tanısa belə, buna məhəl qoymamağı seçə bilər.
Beləliklə, əgər pişiyiniz sizi eşitməmiş kimi davranırsa, bu, sizi eşitməməsi demək deyil, sizi eşitmək istəməməsi deməkdir.
Onlardan biri pişiyin sahibi, digərləri yad adamlar idi. Nəticələr aydın idi: Pişiklər sahibinin səsini tanıyır və ona tərəf çevrilərək maraq göstərirdilər. Beləliklə, pişiklər təkcə sözləri deyil, kimin danışdığını da tanıya bilər.
Xüsusilə evdə çox vaxt keçirdikləri insanlarla qurduqları bağ onlara öz səs tonunu və danışıq tərzini başqalarından fərqləndirməyə imkan verir. Səs tonumuz da pişiklərin reaksiyalarına əhəmiyyətli dərəcədə təsir göstərir. Yüksək, qayğıkeş səs tonu adətən müsbət cavab alır, hədələyici və ya stresli ton isə onları uzaqlaşdıra bilər.
İtlər adlarını eşidən kimi reaksiya verib qaçarkən, pişiklər əvvəlcə analiz edir, sonra qərar verirlər.

İkisi arasındakı fərq təkcə şəxsiyyət fərqi deyil; həm də onların fizioloji və sosial təkamülünün nəticəsidir. İtlər insanlarla daha çox əməkdaşlıq etmək üçün təkamül etsələr də, pişiklər həmişə daha müstəqil və seçici olublar.
Mənbə: Onedio
Tərcümə etdi: Sona Osmanova
