Bu gün:

Alışqan nə vaxt icad edildi?


Alışqan gündəlik həyatımızın vazkeçilməz alətlərindən biridir. Siqaret çəkənlər, düşərgəçilər, aşpazlar və bir çox insan üçün praktik bir od mənbəyi olan alışqan, əslində olduqca köklü bir keçmişə sahibdir. Bəs alışqan nə zaman icad edilib? İlk alışqan necə işləyib? 

Ocaq qalamaq, alov insanlıq tarixindəki ən mühüm ixtiralardan biridir. İlk insanlar daşları bir-birinə vuraraq və ya sürtərək od əldə ediblər. Daş alışqanla poladı sürtərək qığılcım çıxarmaq əsrlər boyu istifadə edilən bir üsul hesab olunur. XVI əsrdə bu sistem odlu silahları alışdırmaq məqsədilə inkişaf etdirilib. İlk odlu silahlarda alışqan daşı və polad istifadə edilərək barıt alışdırılıb. Bu üsul həm hərbi, həm də gündəlik həyatda od qalamağı asanlaşdırıb.

Ancaq müasir alışqanın təməli 1823-cü ildə qoyulub. Alman kimyaçı İohan Volfqanq Döbereyner ilk kimyəvi alışqanı icad edib. Bu cihaz hidrogen qazının platin katalizatoru ilə oksidləşməsi nəticəsində od əmələ gətirib. Ancaq "Döbereynerin lampası" kimi tanınan bu alışqan çox böyük və təhlükəli olduğu üçün geniş yayılmayıb. Alışqanların bugünkü formasına yaxınlaşması 1903-cü ildə Avstriyalı kimyaçı Karl Auer fon Velsbax tərəfindən icad edilən ferroserium sayəsində mümkün olub. Ferroserium sürtünmə ilə asanlıqla qığılcım çıxaran bir ərintidir. Bu material sayəsində alışqanlar daha kiçik, daşınabilən və təhlükəsiz hala gəlib. Bu materialın ixtirası müasir alışqanların inkişafında inqilabi bir addım hesab edilir.

Bu yeniliklə birlikdə, XX əsrin əvvəllərindən etibarən müxtəlif alışqan növləri inkişaf etdirilməyə başlayıb. Zippo alışqanları İkinci Dünya müharibəsi zamanı dayanıqlılığı və küləkdə belə sönməməsi səbəbindən əsgərlər tərəfindən tez-tez istifadə edilib.

Mənbə: Fikrimucit

Tərcümə etdi: Tahirə Bağırzadə 



Paylaş
Şərh əlavə et