OECD-nin son proqnozu artan tariflər, inflyasiya və siyasət qeyri-müəyyənliyinin iqtisadi sürətə təsir etməsi və bu səbəblə qlobal ticarət üçün artan riskləri vurğulayır.

Qlobal ÜDM 2024-cü ildə ABŞ və Çindəki güclü performanslar sayəsində davamlı olaraq genişlənsə də, yavaşlama əlamətləri ortaya çıxır. 2025-ci ilin mart hesabatında qeyd olunur ki, daha zəif biznes əhval-ruhiyyəsi və artan ticarət məhdudiyyətləri investisiya və istehlakçı tələbini daha da gərginləşdirə bilər.
Əsas nüanslar:
Əsas iqtisadiyyatlar arasında qlobal artım zəifləyir: 2024-cü ildəki qlobal ÜDM-in 3,2%-dən 2026-cı ildə 3,0%-ə enəcəyi, ABŞ-da artımın 2026-cı ilə qədər 1,6%-ə qədər soyuması və Çinin 4,4%-ə qədər yavaşlaması gözlənilir.
Ticarət gərginliyi artır: Hesabatda Kanada və Meksikadan ABŞ-a idxal tariflərinin 25% artırılması, qlobal ticarətə təzyiq əlavə edilməsi və daha çox siyasət dəyişikliyi proqnozlaşdırılır.
İnflyasiya təzyiqləri davam edir: Xidmətlər inflyasiyası yüksək olaraq qalır və mal inflyasiyası yüksəlir. Əsas iqtisadiyyatlarda əsas inflyasiya mərkəzi bankın hədəflərindən yüksək səviyyədə saxlanılır.
Qeyri-müəyyənlik investisiyalara zərbə vurur: Geosiyasi gərginlik və dəyişən ticarət siyasətləri biznesin inamını azaldır.
Müdafiə xərcləri: Artan hərbi büdcələr yaxın müddətli artımı dəstəkləyə bilər, lakin uzunmüddətli maliyyə çətinlikləri yarada bilər.
OECD bildirir ki, beynəlxalq əməkdaşlıq ticarət gərginliyinin artmasının qarşısını almağa kömək edə bilər. Siyasətçilər həmçinin təhsilə, bacarıqlara, investisiyalara və işçi qüvvəsinin hərəkətliliyinə diqqət yetirərək bazarların dayanıqlı olmasını təmin etmək üçün işləyə bilərlər.
Mənbə: World Economic Forum
Tərcümə etdi: Səidə Abasova
