Bu gün:

Steve Jobs'a ilham verən 7 kitab


Vizyonu ilə həyatımızı dəyişməyi bacaran Steve Jobs 2011-ci ildə vəfat etdi. Onun qurucusu olduğu Apple sənayeyə uğurla rəhbərlik edir və bir milyarddan çox insanın Apple istifadəçisi olduğu təxmin edilir. Bəs bu uğurun arxasında nə dayanır? Biz Stivin həvəsini, işgüzarlığını və təbii ki, zəhmətkeşliyini göstərə bilərik. Onda soruşa bilərsiniz ki, Stivi bu nöqtəyə gətirən nədir? Bu sualın cavabını təkcə onun ilham verdiyi kitablarla izah etmək olmaz, lakin bu kitabların Stivin həyatını böyük ölçüdə dəyişdirdiyini söyləmək olar.

1) King Lear

Jobs King Lear (Kral Lir) oxuyarkən orta məktəbin son ilində idi. O həmin dövrdə tez-tez musiqi dinlədiyini, daha çox elm və texnika ilə bağlı olmayan ədəbi əsərləri oxuduğunu qeyd edib. Kral Lirdəki faciə gənc Jobs üçün çox təsirli oldu. Faciənin əsas mövzusu bərbad monarxiya, məhvə aparan yolda baş verən hadisələrdir.

2) Moby Dick

Amerika yazıçısı Herman Melvilin “Moby Dick” epik romanı gəncə təsir edən romanlardan biridir. Jobsun ən əhatəli tərcümeyi-halını yazan Walter Isaacson romandakı Kapitan Ahab və Steve Jobs  obrazı arasındakı oxşarlığa diqqət çəkir. Kapitan Ahab ilə Jobs qurumlara bağlı qalmaqdansa, təcrübə öyrənmə strategiyasına əməl etdi.

3) The Collected Poems of Dylan Thomas - Dylan Thomasın Toplanmış Şeirləri

 Uels şairi Dilan Tomas şeirləri ilə Stiv Cobsun ruhuna təsir etdi. Stivin ən çox sevdiyi şeir "Do Not Go Gentle"dır.

4) Autobiography of a Yogi - Yoginin tərcümeyi-halı

Jobsun dəfələrlə oxuduğu bu kitabı hind yoqa təlimatçısı Paramahansa Yoqananda yazıb. Steve deyir ki, Hindistana səfəri zamanı o, kənd-kənd gəzib və bu kitabı dönə-dönə oxuyub.

5) Zen Mind, Beginner’s Mind 

Hindistandan qayıtdıqdan sonra meditasiya ilə maraqlanmağa davam edən Jobs Kaliforniyada Şunyru Suzukinin dərslərinə qatılıb. Müəlliminin yazdığı “Zen Mind, Beginner's Mind” kitabı onu tamam başqa insan etdi. Onun o vaxtkı yaxın dostu Daniel Kottke Jobsun dəyişməsi haqqında deyir: “O, həqiqətən də, ciddi və sadiq oldu. O, ümumiyyətlə, dözülməz insan idi”.

6) The Innovator`s Dilemma 

Jobsun həyatında başqa bir vacib kitab olan “The Innovator`s Dilemma" Harvard professoru Kley Kristensen tərəfindən yazılmışdır. Steve bu kitab vasitəsilə şirkətin böyüməsi üçün vacib şeylər öyrəndi. Beləliklə, Apple iPod-u işə salması və musiqi sahəsində irəliləməsi bu kitab sayəsində olmuşdur.

7) Cutting Through Spiritual Materialism

Buddizmi kəşf edərkən oxuduğu kitablardan biri olan “Cutting Through Spiritual Materialism” kitabında eqonun və nəfsin illüziya olduğu deyilir. Müəllif Trungpa bizə özümüzü ruhən inkişaf etdirməkdənsə, varlığımızı azad etməyi tövsiyə edir.

Mənbə: ceotudent.com 

Tərcümə etdi: Fidan Abdullayeva 


Paylaş
Şərh əlavə et