Bu gün:

Pianonun tarixini bilirsinizmi?


Forte Piano 

Alətin adı italyanca "yüngül və güclü" mənasını verən "piano e forte" sözünün birləşməsindən (fortepiano) yaranıb və sonra qısaldılıb (piano). Alətə bu ad verilməsinin səbəbi əvvəllər istifadə edilən düyməli alətlərin səsin ucalığını dəyişməsinə imkan verməməsi və bu dəyişikliklərin pianoda həyata keçirilə bilməsi idi. Pianonun əcdadı mexanizmi və səs xüsusiyyətləri ilə alətin prinsipi sayıla bilən klavikorddur.

Muzio Klementi 1770-ci ildə piano üçün ilk əsərini yazıb. Bəstəkar həm də fortepianonun texniki imkanlarını öyrənmiş, ifa və tərcümə üzərində işləmişdir. O, təhsil məqsədləri üçün məşqlər yazaraq fortepianoda ifa texnikasını təkmilləşdirirdi. Klementidən sonra bir çox bəstəkarlar pianonun imkanlarını təkmilləşdirmək üzərində işləməyə davam ediblər. Texnika və təfsir baxımından bir nəfərlik orkestrə bənzəyən, səs diapazonu yeddi yarım oktavaya yaxın olan alətin ixtirası musiqiyə mühüm töhfə verdi.

1711-ci ildə Florensiyalı Bartolomeo Kristofori həm yüngül, həm də güclü şəkildə ifa edilə bilən "Piano e forte" adlı yeni musiqi aləti icad etdi. Bu alətdə həm yüngül, həm də güclü səslər çıxarmaq mümkün idi. Yeni ixtira sayılan pianonun səsləri dəri ilə örtülmüş, düymələrlə hərəkətə gətirilən və simlərə vurulan kiçik səslərlə əldə edilmişdi. Alətin mexanizmi səs sayında kiçik çəkiclərdən, həmin çəkicləri işə salan rıçaqlardan və simlərin titrəməsini dayandıran səsboğucu parçadan ibarət idi.

Pianonun əsasını təşkil edən çəkic mexanizminin Kristoforidən əvvəl iki nəfər tərəfindən icad edildiyi irəli sürülüb. Onlardan biri Marius adlı fransız klavesin ustası idi. 1716-cı ildə o, Paris akademiyasında “clavecin a maillet” (döyülmüş klavesin) adlandırdığı dörd hərəkət modelini təqdim etdi. Mariusun çəkic mexanizmli klavesin alətinin məqsədi klavesində plektrum kimi istifadə edilən qocalmış lələk uclarını əvəz etmək çətinliyini aradan qaldırmaq idi. Şroter adlı alman musiqiçisi isə yeni mexanizmin ixtiraçısı olduğunu bildirib. Onun 1721-ci ildə Drezden Sarayına göndərdiyi iki fortepiano mexanizmi modelinin heç bir praktiki dəyəri olmasa da, tarixi əhəmiyyəti var. Almaniyanın Frayburq şəhərində Silberman adlı şəxs 1726-cı ildə iki piano düzəldib və Kristoforinin icad etdiyi mexanizmdən istifadə etməyə başlayıb. Silberman I.S.Baxa  hər iki pianonu göstərsə də, Bax onların səs tonunun zəiflədiyindən və düymələrin sərt olduğundan şikayətlənirdi. Silberman bu yolda işlərini davam etdirərək Baxın təriflərini qazanmağı bacarıb.

Mənbə: ZuhalMusic

Tərcümə etdi: Aytən Nazim

Paylaş
Şərh əlavə et