Bu gün:

Narsissizmə nə səbəb olur?


Narsisizm bir insanın həddindən artıq özünə heyran olduğu və öz əhəmiyyətini yüksək gördüyü bir vəziyyət olaraq təyin olunub. Bir narsistlə rastlaşsanız, onların niyə belə olduqlarını soruşmuş ola bilərsiniz. Beləliklə, narsissizmə nə səbəb olur? Psixoterapevt Brianna Paruolo narsissizmin nəyə səbəb olduğunu izah etdi.

Bir narsistlə rastlaşsanız, "Onları bu hala gətirən nədir?" Sual ağlınıza gələ bilər. Psixoterapevt Brianna Paruolo narsisizmin əsl səbəbləri ilə bağlı mühüm açıqlamalar verib. Paruolo qeyd edib ki, bu problem uşaqlıqdan başlayır.

Journal of Personality-də dərc olunan son araşdırma, erkən uşaqlıqda yaşanan sosial rəddin narsisistik şəxsiyyət xüsusiyyətlərinə səbəb ola biləcəyini göstərdi. Tədqiqatlara görə, uşaqlıqdan kənarda qalma tənhalıq hissləri yaradır ki, bu da narsisizm kimi “qaranlıq xüsusiyyətlərlə” birləşərək şəxsiyyəti formalaşdırır. Bununla belə, Paruolo vurğulayıb ki, təkcə sosial rədd cavabı narsisizmi tətikləyən amil ola bilməz.

Paruolo qeyd edib ki, rədd edilmə bəzi uşaqlarda narsissizmə səbəb ola bilər, lakin bir çox uşaq bu cür istisnalara baxmayaraq sağlam böyüyür. Bunda ən mühüm amil uşağın sahib olduğu dəstək sistemidir.

 “Qayğıkeş bir yetkinin olması uşağa onların dəyərinin rədd edilmək ilə ölçülmədiyini başa düşməsinə kömək edə bilər, uşağa daha sağlam şəkildə sağalmağa kömək edə bilər”. Dəstəksiz böyüyən uşaqlarda narsisizm kimi qoruyucu qalxanlar yarana bilər.

VALİDEYN DİQQƏTİNİN ROLU

Narsissizmin formalaşmasında uşağın valideynləri ilə əlaqəsi böyük rol oynayır. Paruolo bildirib ki, valideynlərin gözlənilməz rəftarları, uşağa bir vaxtlar dəyərlimiş kimi davranmaları, digər zamanlarda isə soyuq və tənqidi yanaşmaları narsisistik şəxsiyyətin inkişafına səbəb ola bilər. Uşaqlar özlərini dəyərsiz hiss etməmək üçün xüsusilik hissindən yapışırlar və zaman keçdikcə bu xüsusiyyət onların şəxsiyyətinin dominant hissəsinə çevrilir.

NARSİSİZMİN İLKİN ƏLAMƏTLƏRİ 

Uşağın narsistik meyllər göstərdiyini müşahidə etmək mümkündür. Paruolo qeyd edib ki, əgər uşaq davamlı özünü doğrultmaq, başqalarının hisslərinə laqeydlik və ya tənqidi öhdəsindən gələ bilməmək kimi davranışlar nümayiş etdirirsə, narsissizmin ilk əlamətlərini göstərir. Bundan əlavə, məyus olduqda, onlar irrasional olaraq aqressivləşə, mükəmməllik nümayiş etdirə və öz səhvlərini qəbul etməyə bilərlər.

Bu əlamətləri görmək, uşağın narsist bir yetkin olacağı anlamına gəlmir. Paruolo valideynlərin uşaqlarının emosional inkişafına necə kömək edə biləcəyi ilə bağlı bəzi tövsiyələr verib. "Reddin dünyanın sonu kimi görünmədən hissləri təsdiqləməklə sağlam mübarizə yollarını nümayiş etdirmək vacibdir". Valideynlər övladlarına öz dəyərlərinin populyarlıqdan asılı olmadığını öyrədən və onlara qeyd-şərtsiz məhəbbət bəsləmələri sağlam şəxsiyyət inkişafı üçün yaxşı başlanğıc olacaq.


Mənbə: NTV
Tərcümə etdi: Sona Osmanova 

Paylaş
Şərh əlavə et