Məhbuslar, əlillər, fiziki və psixi xəstəlikləri olanlar, kasıblar – bunların hamısı bir zamanlar tədqiqat eksperimentlərində istifadə üçün uyğun subyektlər hesab edilirdi. Əgər icazə almaq istəmirdinizsə, buna ehtiyac da yox idi, bir çox həkim və tədqiqatçılar öz təcrübələrini iştirak etmək istəməyən və ya bundan xəbərsiz olan insanlar üzərində aparırdılar.
Qırx il əvvəl ABŞ Konqresi qaydaları dəyişdi; indi insan subyektləri üzərində aparılan hər hansı dövlət tərəfindən maliyyələşdirilən tibbi araşdırma üçün məlumatlı razılıq tələb olunur. Lakin 1974-cü ildən əvvəl insanlardan tədqiqatlarda istifadə etməklə bağlı etik qaydalar bir qədər, necə deyərlər, sərbəst idi. İnsan subyektlərinin istismarı və sui-istifadəsi isə tez-tez qorxunc həddə çatırdı. Siyahımıza insan razılığı olmadan aparılan elmi təcrübələrin ictimai baxışını dəyişməyə kömək etmiş ən məşhur istismar hadisələrindən biri ilə başlayırıq.
1. Nasist tibbi təcrübələri
İkinci DünyamMüharibəsi zamanı nasistlər konsentrasiya düşərgələrində həbs edilmiş yetkin insanlar və uşaqlar üzərində tibbi təcrübələr aparırdılar. Bu işgəncə, şikəst etmə, aclıq və zorakılıq hadisələri, sanki cəhənnəmin doqquz dairəsinin dəhşətli bir toplusu kimi oxunur. Ölüm düşərgələrindəki məhbuslar hərbi inkişaf, tibb və əczaçılıq sahəsində tərəqqi, həmçinin irqi və əhali siyasəti adı altında dəhşətli cinayətlərə məruz qalıblar.
Qurbanlar düşərgə kameralarında yüksək hündürlükdə atmosfer təzyiqinə məruz qoyulurdular – bu proses tez-tez hələ sağ olan insanın beyninin parçalanması ilə nəticələnirdi. Bu təcrübələr yüksək hündürlük xəstəliyinin və pilotların atmosfer təzyiqi dəyişikliklərindən necə təsirləndiklərinin öyrənilməsi məqsədilə həyata keçirilib.
2. 1939-cu ilin canavarı təcrübəsi
Bugün biz başa düşürük ki, kəkələmənin bir çox mümkün səbəbi var. Bəzi ailələrdə kəkələmə genetik olaraq beynin dil mərkəzinin irsi bir xüsusiyyəti ola bilər. O, həmçinin beyin zədələnməsi, o cümlədən insult və ya digər travmalar səbəbindən də baş verə bilər. Bəzi kiçik uşaqlar danışmağa öyrənərkən kəkələyirlər, amma zamanla bu problemdən qurtulurlar. Nadir hallarda isə emosional travmanın yan təsiri ola bilər. Amma nəyi bildiyimiz budur ki, kəkələmə tənqidə görə yaranmır.
1939-cu ildə Ayova Universitetində magistrant olan Mary Tudor və onun müəllimi, danışıq mütəxəssisi Vendel Conson kəkələmənin mənfi gücləndirmə yolu ilə öyrədilə biləcəyini, yəni öyrənilmiş davranış olduğunu sübut etməyə çalışdılar. Dörd ay ərzində 22 yetim uşaqa danışıq terapiyası alacaqları söylənildi, amma əslində onlar kəkələmə təcrübəsinin subyektləri oldular; yalnız yarısı əslində kəkələyənlər idi və heç biri danışıq terapiyası almadı.
3. Milgram şok təcrübələri
Stanley Milgramın məşhur şok təcrübələri, 1960-cı illərin əvvəllərində həyata keçirilmişdir. Bu təcrübələrdə "müəllimlər" — ABŞ-da Yel Universiteti üçün yaddaş və öyrənmə ilə bağlı olduğunu düşündükləri bir araşdırmaya cəlb edilmiş insanlardır — "tələbələrə" sözlər siyahısı oxumağa tapşırılırdı, amma müəllimlər bilmirdilər ki, tələbələr aktyorlardır. Hər dəfə səhv cavab verdikləri zaman, müəllimlərə tələbələrə şok vermək təlimatı verilirdi. Müəllimlər səhv etdikcə şokların voltajının artdığına inanırdılar və bu voltajlar 15-dən 450-ə qədər dəyişirdi; təxminən iki qat müəllim, təcrübəçi tərəfindən verilən təlimata uyğun olaraq şokları ən yüksək voltaja qədər tətbiq etdilər.
Mənbə: HowStaffWorks
Tərcümə etd:i Arzu Qafarova