Texnologiya irəliləyişləri insanlara yalnız bərpa etməklə kifayətlənməyib, onları yeni bir reallığa aparıb ki, burada insanın gücləndirilməsi artıq fantastika deyil. Bu texnoloji inkişafların cəmiyyətə böyük təsirləri olacağı kimi, həm də mürəkkəb fəlsəfi və etik suallar ortaya çıxarır.

Artıq artırılma texnologiyalarına olan geniş marağa baxmayaraq, bu sahədə mövcud və gələcək texnologiyaların müxtəlif növlərini kateqoriyaya salmaq və müqayisə etmək üçün az sayda çərçivə mövcuddur. Həmin texnologiyaların tam potensialından istifadə etmək üçün strukturlaşdırılmış bir çərçivə lazımdır, eyni zamanda potensial risklərin və çətinliklərin müzakirə edilməsini və idarə olunmasını asanlaşdırmalıdır.
Bundan əlavə, əvvəllər hissiyatın təhlili stimulun daha həssas olduğu duyğu modalitələrinə əsaslanaraq aparılıb. Bu yeni təklif olunan çərçivə texnologiyaların unikal modalıdan transmodalığa qədər olan bir müstəvidə analiz edilməsini təmin edir və biologiya sistemi ilə inteqrasiya dərəcəsini nəzərə alır. Bundan başqa, bu çərçivə texnologiyaların sosial qəbul edilə bilənliyi baxımından təsnif edilməsinə ehtiyacı qarşılayır, xüsusilə onların fərqli invazivlik dərəcələrini nəzərə alaraq. Təklif olunan çərçivəyə daxil edilən bütün bu elementlər tədqiqatçılara yalnız mövcud texnologiyaları deyil, həm də hələ icad edilməmiş texnologiyaları xəritələşdirmək və təhlil etmək imkanı verəcəkdir.
Texnologiyaların sürətli inkişafı bizi insan ilə maşın arasındakı sərhədlərin qarışmağa başladığı və kiborq anlayışının ortaya çıxdığı bir gələcəyə doğru aparır. 1960-cı illərin əvvəllərində “kiborq” termini “kibernetik orqanizm” sözlərinin qısaltması kimi meydana çıxıb. “Kibernetik” sözü ilk dəfə Norbert Wiener tərəfindən 1948-ci ildə təqdim edildikdə insan tərəfindən yaradılan sistemlərin cavab mexanizmlərini istifadə edərək tənzimlənməsi ideyasını əhatə edib, bu da canlı orqanizmlərdə müşahidə edilən proseslərə bənzəyir.
“Kiborq” anlayışının mənşəyi tez-tez iki amerikalı tədqiqatçı Clynes və Kline (1960) tərəfindən verilir, onlar bu termini xarici mühitlərdə sağ qalmaq üçün təkmilləşdirilmiş insanları təsvir etmək üçün istifadə ediblər. Bu anlayış insanların texnologiya ilə birləşərək ənənəvi insan məhdudiyyətlərini aşma fikrini ifadə edir.
Kiborq anlayışı insan hissiyatını artırmağa yönəlmiş texnologiyaların inkişafı ilə sıx əlaqəlidir (məsələn, gecə görmə eynəkləri, mikrofonlu şlem montajları ilə səsin yerini təyin etmə sistemi və ya pilotlar üçün taktil stimullaşdırma ilə məkan təsvirlərini təmsil edən sistemlər). İnsanlar hissiyat qabiliyyətlərini artırmağa çalışarkən texnologiyanın inkişafı insan ilə maşın arasındakı uçurumu aradan qaldırmaqda mühüm rol oynayıb. Hissiyatın qəbul edilməsi sahəsində ortaya çıxan yeni texnologiyalar dünyanı qavramağın yeni yollarına qapı açır. Cəmiyyətlərimiz bu yeni reallığa uyğunlaşmağa məcbur olacaq bu da müxtəlif müzakirələrin yaranmasına səbəb olacaq. İnsan və texnologiya arasındakı əlaqə sosial, cəmiyyət və fəlsəfi perspektivlərdən asılı olaraq qiymətləndirilməlidir. Bizlər gələcəyə doğru gedərkən hissiyat orqanlarının tədricən adi bir tətbiqə çevriləcəyi bir dövrə doğru irəliləyirik və bu keçidin çətinliklərini anlamağa, qarşısını almağa və həll etməyə kömək edəcək güclü və bütöv bir konseptual çərçivəyə ehtiyacımız var.
Mənbə: Science Direct.com
Tərcümə etdi: Arzu Qafarova
